/ / Azərbaycanın enerji siyasəti ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edir
Azərbaycanın enerji siyasəti ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edir
15.02.2023 [14:58]
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır.
Bu günlərdə Azərbaycanın enerji sisteminin inkişafı yolunda atılan addımlar Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-ci illərində başladığı enerji siyasətinin davamıdır. Yeni elektrik stansiyalarının inşası və istismara verilməsi, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi kimi məsələlər ölkəmizi Avropanın enerji təhlükəsizliyi kimi qlobal məsələdə önəmli dövlətə çevirə bilmişdir.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmiş, bu mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış etmişdir.
2025-ci ildə bu stansiyanın açılışının olacağını əminliklə söyləyən cənab Prezident qeyd etmişdir ki, “Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.”
Mingəçevir Elektrik Stansiyası 1981-ci ildə istifadəyə verildikdən sonra onun gücü 2400 Mvt-a qədər çatdırılmış, stansiyanın blokları tamamilə yenidən qurulmuşdur. Beləliklə də Mingəçevir SES Cənub Qafaqazda ən böyük SES kimi mühüm rola malik olmuşdur. Müstəqilliyin ilk illərində ciddi enerji böhranı yaşayan Azərbaycan bu gün dünyaya enerji ixrac edir. Əlbəttə ki, bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının xüsusi önəm verdiyi enerji siyasətinin tərkib hissəsidir. Təkcə son bir ayda cənab Prezidentin enerji məsələlərinin müzakirəsi məqsədilə etdiyi xarici səfərləri və ölkədə keçirilən tədbirlərin miqyası bunu əyani şəkildə göstərir.
Gündən-günə inkişaf edən enerji şəbəkəsinə yeni bir stansiyanın qoşulacağı gün yaxındadır. Mövcud enerji potensialından səmərələi istifadə ölkəmizin həm siyasi nüfuzunun, həm də iqtisadi gücünün artmasında mühüm rol oynayır. Cənab Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında bunu xüsusi vurğulamış, Mingəçevirdə inşasına başlanan İES-in əhəmiyyətini qeyd edərək demişdir:” İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Onu da bildirməliyəm ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.”
İES-in tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı da çox mühüm əhəmiyyətə malikdir. Daha əvvəldən “Azərenerji” ilə əmkdaşlıq edən İtaliyanın “Ansaldo” şirkətinin bu layihədə yer alması starteji tərəfdaş kimi İtaliyanın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricidir.
Qeyd etmək lazımdır ki, ölkəmizdə hazırda bərpa olunan enerji sahəsində çox nəhəng layihələr də həyata keçirilməkdədir. Ölkə başçısının qeyd etdiyi kimi “...bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.”
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

