/ / “Azərbaycan televiziyası və milli vətənpərvərlik: müzəffərlik yolunun qəhrəmanları” mövzusunda tədbir keçirilib
“Azərbaycan televiziyası və milli vətənpərvərlik: müzəffərlik yolunun qəhrəmanları” mövzusunda tədbir keçirilib
15.02.2023 [12:46]
Fevralın 14-də Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan televiziyası və milli vətənpərvərlik: müzəffərlik yolunun qəhrəmanları” mövzusunda birgə təşkil etdiyi tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, o cümlədən qardaş Tükiyədə zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Dövlət Televiziyasının Nizami rayonunun sakinləri Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyovanın və Vətən Müharibəsinin qazisi Denis Quzlayevin birgə həyat yoluna həsr olunmuş “Əsgər və mələk” filmi nümayiş etdirilib.
Çıxış edən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Əsgər və mələk” filminin ssenari müəllifi, TELEFİLM-in redaksiya kollegiyasının rəhbəri, jurnalist Afaq Vasifqızı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və başqaları Azərbaycan Televiziyasının yaranması tarixindən, Şərqdə ilk televiziyanın məhz ölkəmizdə fəaliyyətə başlamasından danışıblar. Bildiriblər ki, ötən 67 il ərzində Azərbaycan televiziyası böyük inkişaf yolu keçib. Heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanımızın bütün sahələrində olduğu kimi televiziya sahəsində də yüksəlişin əldə olunmasına da özünəməxsus töhfələri olub. Bu gün Azərbaycan televiziyası maarifləndirmə və məlumatlandırma funksiyası ilə yanaşı gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, milli dəyərlərin təbliğində xüsusi rol oynayır. Eləcə də Azərbaycan televiziyasının jurnalistləri qaynar nöqtələrdə, fəlakət zonalarında belə həyatlarını təhlükəyə ataraq işləyirlər, cəmiyyətimizi obyektiv, qərəzsiz informasiya ilə təmin edirlər.
Çıxışlardan sonra “Əsgər və mələk” filminin qəhrəmanları Regina Kovalyova və Denis Quzlayev təşəkkürlərini çatdırıblar.
Sonda mükafatlandırma mərasimi olub, gənc nəslin milli ruhda tərbiyə olunmasında, vətənpərvərlik dəyərlərinin təbliğində xidmətlərinə görə filmin ssenaristi Afaq Vasifqızı təltif olunub, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyovaya və Vətən Müharibəsinin qazisi Denis Quzlayevə hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

