Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır
14.02.2023 [16:42]
“Fevral ayının 6-da qardaş Türkiyədə ard-arda baş vermis dağıdıcı zəlzələlərin acı nəticələri bizləri çox sarsıtdı. Zəlzələ nəticəsində 10 şəhərin dağılması, minlərlə insanın vəfat etməsi və yaralanması xəbərləri olduqca kədərlidir. Qardaş Türkiyənin kədəri bizim kədərimizdir, onların keçirdikləri ağrı-acıları bizlər də qəlbimizdə hiss edirik. Bu faciə təkcə onların deyil, bizlərin də faciəsidir. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlət olaraq, hər zaman bir-birimizin yanındayıq və dəstəyik. Təəssüf ki, zəlzələ nəticəsində dağıntıların miqyası o qədər böyükdür ki, insan tələfatının artacağı istisna edilmir. Lakin axtarış-xilasetmə tədbirləri sayəsində hələ də insanların sağ çıxarılması ümidlərimizi daha da artırır”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə zəlzələ baş verdikdən sonra qardaş Türkiyəyə yardım edən və dəstək olan ilk Azərbaycan oldu. Belə ki, birliyi və həmrəyliyi ilə bütün dünyaya əsl nümunə olan Azərbaycan və Türkiyənin dostluq, qardaşlıq münasibətləri bu dəfə də özünü ən bariz şəkildə göstərmiş oldu. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra da ilk andan qardaş Türkiyənin yanında idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, xalqımızın bu faciədən son dərəcə sarsıldığımı və üzüntü içərisində olduğunu ifadə etməsi, daim türk qardaş və bacılarımızın yanında olacağımızı bildirməsi bütün azərbaycanlıların ürəyindən keçən hisslərin ifadəsi idi. Daha sonra dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi də dost və qardaş kimi ölkəmizin və xalqımızın hər zaman Türkiyə ilə çiyin-çiyinə, əl-ələ addımladığının göstəricisi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olaraq, səfirlə görüşmüş başsağlığını çatdırmışdır. Türkiyənin ölkəmizdəki səfiri isə, öz növbəsində dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya, dəstəyə görə təşəkkürünü bildirmişdir.
Tarixin bütün dövrlərində bu həmrəylik dünya üçün örnək olub. Hər iki ölkə haqları uğrunda bir-birini daim müdafiə edib, digər dövlətlər üçün ikitərəfli əlaqələrin ən ideal və real nümunəsini beynəlxalq münasibətlər sistemində sübut edib: “Xüsusilə vurğulamaq istərdim ki, tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin bizlərə dəstəyi əvəzedilməzdir. Siyasi və diplomatik sahələrdə haqq mübarizəmizə göstərdiyi dəstək qələbəmiz üçün əsas amillərdən biri oldu. Sözsüz ki, xalqımız bu tarixi keçmişi unutmur və unutmayacaq. Məhz Azərbaycanla Türkiyə arasında bu mənəvi qardaşlıq münasibətlərinin uzun və zəngin tarixi keçmişi var. Bu əlaqələrimiz həm də atalarımzdan bizə mirasdır. Ümummilli liderimiz Heydər Əliyevin xüsusi təşəbbüsü və gərgin səyləri ilə bu əlaqələrimiz daha da inkişaf etmiş, qardaş xalqlarımız bir-birinə daha sıx tellərlə bağlanmışdır. Bu gün dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasi iradəsi və uzaqgörən fəaliyyətləri ilə qardaş Türkiyə ilə əlaqələrimiz ən münbit dövrünü yaşayır”.
Rayon təşkilatının sədrinin sözlərinə əsasən Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır və bu birlik əbədidir, sarsılmazdır, dövlətlərimizin və xalqlarımızın gələcək inkişafına önəmli bir töhfədir. Dövlət başçısının tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət axtarış-xilasetmə və həkim kollektivi, eləcə də müxtəlif humanitar yardımlardan ibarət təyyarə və avtomobil karvanları dərhal Türkiyəyə yola düşmüşdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən fond tərəfindən iri həcmli humanitar yardımlar və könüllü qrupları Türkiyədə qardaş və bacılarımızın maddi ehtiyaclarının qarşılanmasında, üzləşdikləri çətin vəziyyətdən ən qısa zamanda və az itki ilə çıxmaları üçün canla-başla çalışırlar. Sözsüz ki, bu yardımlarda sadə vətəndaşlarımızın dəstəyi də tədirəlayiqdir. Belə ki, Türkiyə Səfirliyinin və Heydər Əliyev Fondunun başlatdığı xeyriyyə aksiyalarında sadə Azərbaycan vətədaşlarının göstədikləri diqqət Türkiyə tərəfinin böyük marağına və rəğbətinə səbəb olmuşdur. Təbii ki, bütün bunlar millətimizin və dövlətlərimizin bir-birinə nə qədər bağlı olduqlarının sübutudur: “Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm! allahdan ölənlərə rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

