Cənub Qaz Dəhlizi layihəsi uzaqgörən siyasətin və güclü siyasi iradənin təzahürüdür
08.02.2023 [11:34]
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
Qeyd edək ki, dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Əslində isə layihədə iştirak edən dövlətlərin IX görüşü baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, sonuncu-səkkizinci görüşdən az müddət keçsə də bu müddətdə dünya düzənində çox mühüm dəyişikliklər baş vermiş, enerji təhlükəsizliyinin hər bir ölkə üçün əhəmiyyəti artmışdır. Xüsusən Rusiya-Ukrayna müharibəsi davam etdikcə Avropada enerji təhlükəsizliyi məsələsi gündəmə gəlmişdir. Bu qlobal problemin aradan qaldırılması üçün çox ciddi səylər göstərilməlidir. Bu məsələdə Cənub Qaz Dəhlizinin roluna toxunan Prezident demişdir: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.”
Bu nəhəng layihənin icrası üçün qarşılıqlı etimad və həmrəyliyin vacibliyini qeyd edən cənab İlham Əliyev ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Azərbaycan Prezidenti tərəfindən imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum” un əhəmiyyətini qeyd etmişdir: “...O, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur.”
Eyni zamanda Azərbaycanın enerji potensialının gələcək əməkdaşlıq üçün kifayət qədər böyük olduğunu cənab Prezident qeyd etmiş və yaşıl enerji sahəsində aparılan işlər barədə Məşvərət Şurası üzvlərini məlumatlandırmışdır.
Qeyd etmək lazımdır ki, belə bir layihənin rəhbərliyini öz üzərinə götürməklə Azərbaycan artıq Avropada xüsusi yeri və çəkisi olan dövlətə çevrilmişdir. Xüsusən, ölkə başçısının həyata keçirdiyi enerji siyasəti qoca qitədə birmənalı olaraq dəstəklənir və qəbul edilir. Bu da onu göstərir ki cənab İlham Əliyevin vəd etdiyi güclü iqtisadiyyat və yüksək səviyyəli sosial rifah siyasəti özünü doğrultmaqdadır. Çox az müddət içərisində Cənub Qaz Dəhlizi kimi meqa layihənin reallaşması və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında kifayət qədər mühüm rol oynaması bunu bir daha sübut edir.
20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlığa qoşulan ölkələrin sayı artmaqda davam edir. Bu da Azərbaycanın həm dünyada nüfuzunun yüksəlməsinə, həm də ölkə iqtisadiyyatının inkişafına çox ciddi təsir edir.
Məşvərət Şurasının son toplantısı göstərdi ki, siyasi iradə, müdrik siyasət öz sözünü demiş və deməkdə davam edir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti bundan sonra da Azərbaycanın enerji strategiyasının uğurla həyata keçirilməsini təmin edəcəkdir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

