/ / Azərbaycan-Rumıniya əməkdaşlığı Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir
Azərbaycan-Rumıniya əməkdaşlığı Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir
07.02.2023 [13:36]
Qısa müstəqillik tarixində Azərbaycan Aİ-nin doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənədin imzalanmasından sonra Azərbaycan-Rumıniya münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.
Bu günlərdə Bakıya rəsmi səfərə gələn Rumıniya Prezidenti cənab Klaus Yohannisin səfəri ciddi fəaliyyətlərdən xəbər verir. Belə ki, bu gün ən qlobal problemlərdən biri olan Avropanın enerji təhlükəsizliyi məsələsinin həllində maraqlı olan tərəflərdən biri və önəmlisi Rumıniyadır. Çünki Avropanın enerji təhlükəsizliyini Rumıniyasız təsəvvür etmək mümkün deyildir. Məsələnin müsbət yönündə isə Azərbaycanın rolu danılmazdır. Sözü və əməli üst-üst düşən bir lideri olan Azərbaycanla əməkdaşlıq etmək Avropa ölkələri üçün arzuolunandır. Bu missiyanı bir sıra dövlət başçıları, o cümlədən cənab Klaus Yohannis icra edirlər. Fevralın 2-də Bakıda mətbuata verdiyi bəyanatında Rumıniya prezidenti səfərinin əsas məqsədlərini və əldə olunan nəticələri qeyd edərək bildirmişdir ki, “Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Hər ikisi - Cənub Qaz Dəhlizi, o cümlədən Azərbaycanda bərpaolunan enerji resurslarından istehsal edilmiş elektrik enerjinin nəqli üçün çəkiləcək gələcək dənizaltı kabel və nəhayət, Avropa Komissiyasının dəstəklədiyi layihələr Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik.”
Qeyd etmək lazımdır ki, Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir. Rumıniyadan Azərbaycana müxtəlif avadanlıq və cihazlar, onların hissələri, cərəyan mühərrikləri və avadanlıqları, naqillər, qara metal məmulatları, mebel və mebellərin hissələri, ağac yonqarlı plitələr, dərman vasitələri idxal olunur. Respublikamız dost ölkəyə xam neft, emal olunmamış aliminium ərintiləri, qazoyllar, reaktiv kerosin yanacağı, kimyəvi məhsullar və preparatlar ixracını həyata keçirir.
Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. O cümlədən, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması reallaşıb.
Cənab Klaus Yohannisin bəyanatında toxunduğu digər məsələ isə çox strateji məsələ olan yaşıl enerji məsələsidir. Azərbaycanın yükəsk potensialı, bərpa olunan enerji resurslarının bolluğu Avropanın diqqətini cəlb edir. Hazırda yaşıl enerji sahəsində çox önəmli addımlar atılmış və atılmaqdadır. Cənab prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi “Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.”
Son olarq qeyd edək ki, Rumıniya Prezidentinin səfəri və hər iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

