Şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır
06.02.2023 [14:17]
Bütün qadağalara baxmayaraq, Dövlət Bayrağımızın böyük tarixi yol keçərək bu günlərə kimi gəlib çatmasında, işğaldan azad edilən torpaqlarımızda məğrur şəkildə dalğalanmasında sözsüz ki, qərhəman Azərbaycan övladlarının böyük xidməti olub. Bir əsrdən çox yaşı olan üçrəngli bayrağımızın dalğalanmasına uzun müddət qadağa qoyulsa da, Azərbaycan xalqı bu milli atributu hər zaman ürəyində daşıyıb.
Müstəqilliyimizin bərpa edilməsindən sonra düşmən hücumuna məruz qalan Azərbaycan Respublikası öz şanlı bayrağını uzun müddət bütün suveren ərazilərində dalğalandıra bilmədi. Lakin Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüzün bərpasını öz siyasətinin əsas prioriteti seçərək 2020-ci ildə bu həsrətə son qoydu. İkinci Qarabağ müharibəsində erməniləri ildırım sürəti ilə məhv edən ordumuz azad olunan hər bir kənd və şəhərdə dövlət bayrağımızı dalğalandırdı. Azərbaycan xalqı üçün ən əlamətdar hadisə Vətənimizin incisi Şuşada bayrağımızın dalğalanması oldu.
Tarixdən məlum olduğu kimi, Azərbaycan Respublikasının indiki Dövlət Bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin binasında qaldırılıb. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən təsdiq edilmiş Dövlət Bayrağımız üç rəngdən ibarətdir və hər rəng müəyyən məna çalarlarını ifadə edir. Üçrəngli bayraq ideyasını ilk dəfə Əli bəy Hüseynzadə gündəmə gətirib və göy rəng türkçülüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə İslamı tərənnüm edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə qadağan edilən Dövlət Bayrağımız 70 il sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikanın Dövlət Bayrağı kimi təsdiq edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azəbaycan SSRİ Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti vəsatətə baxaraq, bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.
Heç şübhəsiz, dövlət atributları ölkənin varlığının göstəricisidir. Bu atributlar hər hansı bir xalqın kimliyinin, düşüncə tərzinin meyarıdır. Beynəlxalq aləmdə dövlətimizin müstəqilliyini bəyan edən Azərbaycan bayrağı öz rənglərində, ay-ulduzunda xalqımızın milli kimliyini vüqar və iftixarla daşıyır. Ulu Öndər Heydər Əliyev bayrağımız haqqında deyirdi: “Azərbaycan bayrağı, sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Dövlətimizin müstəqilliyini təcəssüm etdirən rəmzlərin daim gənclərə aşılanması onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir. Buna görə də son 30 ildə yetişən gənclərimiz torpaqlarımız erməni işğalına məruz qalsa da, bununla heç vaxt barışmayıb, onun azadlığı uğrunda qan tökməyə hazır olublar. İkinci Qarabağ müharibəsində qazanılan qələbə bunu bir daha sübut etdi. Torpaqlarımızın düşməndən təmizlənməsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək düşməni darmadağın etdi.
Möhtəşəm Qələbədən sonra Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan rayonlara səfəri zamanı Azərbaycan bayrağını Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Xocavənd, Kəlbəcər, Ağdam və Laçında ucaldaraq hər bir azərbaycanlıya qürur yaşatdı. Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

