Əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanda Gənclər siyasəti uğurla inkişaf edir
02.02.2023 [11:23]
Hər bir cəmiyyətin aparıcı təbəqəsi gənclərdir, bu da o deməkdir ki, inkişaf və tərəqqisi sağlam gəncliklə mümkündür. Cəmiyyətin bu günü və gələcəyi gənclərdir. Gənclər ölkəmizin xoşbəxt və firavan gələcəyinin təminatçısı və əsas təkan verici qüvvəsidir. Azərbaycanda gənclər siyasətinin təməlini qoyan dahi şəxsiyyət məhz Ümummilli lider Heydər Əliyev idi. “Heydər Əliyev İli” çərçivəsində 2 fevral Azərbaycan Gənclər gününü qeyd etmək xüsusi qürur və fərəh hissi oyadır.
Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.
Bu gün çoxmilyonlu Azərbaycan gəncliyinin bayramıdır. 1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə ölkəmizin ən fəal gənclərinin bir qrupunu qəbul edən ümummilli liderimiz Heydər Əliyev fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Ulu Öndər Heydər Əliyevin təsis etdiyi bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.
Ölkəmizdə gənclərlə işi dövlət siyasətinin tərkib hissəsi kimi görən ümummilli liderimiz həmişə millətimizin gələcəyi olan istedadlı gəncliyə arxalanmış, ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutan ən istedadlı gənclərə dəstək olmuşdur. Gənclər də Vətənimizin ən çətin anlarında ulu öndərin bir çağırışı ilə meydanlara axışmış, taleyi tükdən asılı olan, başı bəlalar çəkmiş ölkəmizi xilas etmişlər.
Ulu Öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır: “Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Bu, bütün həyatı boyu gəncliyə daim diqqət və qayğı göstərən, gəncliyi özünə yaxın dost bilən Heydər Əliyevin həyatından adicə bir epizoddur. Amma nə qədər diqqətəlayiq və nümunəvi epizoddur.
Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də öz fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün lazım olan hər şeyi edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirib ki, gənclərin potensialından səmərəli istifadə etmək gərəkdir. Gənclər böyük qüvvədir. Bu baxımdan deyə bilərik ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində fəal fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan gənci öz sözünü dedi. Xüsusi qeyd etmək lazımdır ki, bu gənclərin əksəriyyəti Müzəffər Ali Baş Komandan, Qalib Prezident İlham Əliyev cənablarının prezidentliyi dövründə doğulub, boya başa çatan gənclər idi. Müharibədə qazanılan Zəfər əvvəllər heç vaxt Qarabağı görməyən Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar.
Prezident İlham Əliyev son 30 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı ildən-ilə artırılır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunması deyilənləri bir daha təsdiqləyir.
Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 800 mindən çox insanı birləşdirir, onların 40 faizdən çoxu gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın bəyan etdiyi prinsiplər xalq tərəfindən tam dəstəklənir.
Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32

