Azərbaycan bərpaolunan enerji sahəsində zəngin potensiala sahibdir
23.01.2023 [15:54]
Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilir. Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, müsəlman dünyası, o cümlədən ölkəmizin inkişafına, tərəqqisinə, beynəlxalq münasibətlər sistemindəki roluna, nüfuzuna yüksək qiymət verən ərəb dünyası ilə əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini ifadə ediblər. Yanvarın 16-da Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəvəti ilə Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı da ərəb dünyasının Azərbaycana, onun rəhbərinə olan yüksək ehtiramının göstəricisi idi. Dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər beynəlxalq tədbirdə ölkəmizin təmsil olunması onun artan nüfuzunu bir daha təsdiq etdi.
Bu gün dünyada etibarlı tərəfdaşa çevrilən Azərbaycan zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Mühüm beynəlxalq layihələrin təşəbbüskarına çevrilən Prezident cənab İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində ölkəmizin prioritetlərindən biri bərpaolunan enerji ilə bağlı yeni layihələrin həyata keçirilməsidir. Artıq bu sahədə Azərbaycanla BƏƏ arasında real əməkdaşlıq mövcuddur. Belə ki, ötən il təməli qoyulmuş "Qaradağ" Günəş-Elektrik Stansiyasını bu ölkənin "yaşıl enerji" sahəsində böyük təcrübəsi olan "Masdar" şirkəti inşa edir. Dünyanın nüfuzlu şirkətləri Azərbaycanın təşəbbüskar olduğu bu layihələrə sərmayə yatırırlar. Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu istiqamətdə daha bir razılaşmanın şahidi olduq. "Masdar" və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavat gücündə külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair müqavilə imzaladılar. "Masdar" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 4 min meqavat enerjinin istehsalı mümkün olacaq. Bu, Azərbaycan üçün geniş imkanlar deməkdir, çünki ölkəmiz hazırda 4 ölkəyə elektrik enerjisi ixrac edir. Eyni zamanda, “Masdar” ilə əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir. Bərpaolunan enerji ixracatını artırmasını nəzərdə tutan Azərbaycanda 2030-cu ilə qədər daxili istehlakın 30 faizi alternativ mənbələrdən əldə edilən enerji hesabına ödəniləcək. Azərbaycanda təbii qaz ixracı 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Ramil Orucov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə böyük töhfəsini verən Azərbaycanın hədəfi bərpaolunan enerjidir. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışında Prezident cənab İlham Əliyev, bildirib ki, biz bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik: "Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq".
44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimiz "yaşıl enerji" zonası elan edilib. Artıq Cəbrayıl rayonunda bp şirkəti ilə 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Bütövlükdə, ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər nəticəsində 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək mümkün olacaq.
“Bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycanın "yaşıl enerji"nin mühüm ixrac mənbələrindən birinə çevrilməsində Əbu-Dabidə "Masdar" şirkəti ilə imzalanan sənədlər mühüm rol oynayacaq. Təbii ki, bərpaolunan enerji layihələr Azərbaycanın etibarlı tərəfdaş kimi böyük nüfuzundan xəbər verir”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

