/ / Beynəlxalq yarışlarda bayrağımızın ən yüksək yerlərdə ucaldılması dövlətin idmançılara qayğısının nəticəsidir
Beynəlxalq yarışlarda bayrağımızın ən yüksək yerlərdə ucaldılması dövlətin idmançılara qayğısının nəticəsidir
13.01.2023 [16:26]
Məlum olduğu kimi, yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışı zamanı ötən il ölkə miqyasında idman sahəsində görülmüş işləri yüksək qiymətləndirib. Azərbaycan Prezidenti görüşdə idmançılara dövlətin göstərdiyi diqqətə toxunub: “Əlbəttə ki, idmana dövlət dəstəyi – bunun da xüsusi əhəmiyyəti var. Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq”.
Qeyd edək ki, bu gün Azərbaycan idmanı yüksək inkişaf dövrünü yaşayır. Bu isə ilk növbədə Ulu Öndər Heydər Əliyevin xidmətidir. Ümummilli Lider Azərbaycana hələ birinci rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun gələcək perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri olub. Belə ki, ötən əsrin 70-ci illərində təkcə paytaxt Bakıda 250 idman meydançası və şəhərciyi salınmış, möhtəşəm idman sarayı inşa edilmiş, onlarla uşaq-gənclər idman məktəbləri fəaliyyətə başlamışdı.
Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə, o cümlədən 1991–1993-cü illərdə ölkəmiz böyük problemlərlə qarşılaşanda xalqımız üzünü Ümummilli Lider Heydər Əliyevə tutdu. Ulu Öndərin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan xalqı, dövlətçiliyi parçalanmaqdan xilas edildi, tariximizin, bərpa olunmuş müstəqilliyimizin yeni dövrü başlandı. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən idmanın və bədən tərbiyəsinin inkişafı ilə bu sahədə yüksəlişin əsası qoyuldu.
Belə ki, Ümummilli lider Heydər Əliyev idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi ilə bağlı görülən işlər böyük vüsət aldı. Ulu Öndər qeyd edirdi ki, idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərin qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdə deyil, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmasındadır.
Azərbaycan bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. İdman sahəsi də diqqət mərkəzindədir və beynəlxalq yarışlarda əldə edilən qələbələrin sayı getdikcə artır.
1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanaraq ümumi nəticədə 199 ölkə arasında 34-cü yeri tutdular. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırır.
Son illərdə dövlət başçısı İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğı onları daha böyük qələbələr qazanmağa sövq edir. Bakı ilə yanaşı, rayonlarda da idmanla məşğul olmaq üçün yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir. Bu sahədə qazanılan parlaq nəticələr ölkəmizdə idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiq edir.
Azərbaycanın idman sahəsində qazandığı böyük uğurlar beynəlxalq idman təşkilatlarının diqqətini cəlb edib. Son illərdə ölkəmizdə beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur. Qeyd edək ki, I Avropa və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətləri olmuşdur. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində bu oyunların səs-sorağı bütün dünyaya yayıldı.
Vurğulamaq yerinə düşər ki, bütün sahələrdə dinamik inkişaf edən, dünyada söz-nüfuz sahibinə çevrilən və qabaqcıl ölkələr arasında layiqli yer tutan qüdrətli Azərbaycan dövlətinin uğurları getdikcə artır. Həmin uğurların idman sahəsində də əldə edilməsi, dünyamiqyaslı, beynəlxalq yarışlarda bayrağımızın ən yüksək yerlərdə ucaldılması dövlətin idmançılara qayğısının nəticəsidir.
Ən nəhayət, Prezident İlham Əliyevin beynəlxalq yarışlarda iştirak etmiş idmançıları hər dəfə qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, təmsil olunduqları federasiyalara maliyyə dəstəyinin edilməsi haqqında sərəncamlar imzalaması da bir daha dövlət başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

