Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir
09.01.2023 [11:38]
Məlum olduğu kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Sözügedən sərəncamda qeyd edilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Heç kimə sirr deyil ki, Ulu Öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycan hələ 1969-cu ildən böyük nailiyyətlərə imza atıb. Ötən əsrin 90-cı illərində isə Ulu Öndər ölkəmizi parçalamağa, süqut etdirməyə çalışan xarici güc mərkəzlərini, daxili xəyanətkarları zərərsizləşdirərək Azərbaycanın müstəqilliyini qoruyub və inkişaf yoluna çıxarıb.
Ümummilli Liderin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə SSRİ daxilində ölkəmizə qənim kəsilən dairələrin hücumları dəf edilmişdi. Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf tempinə görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tutmuşdu. Ölkənin sosial-iqtisadi tənəzzülü xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərmişdi. Ulu Öndərin diqqəti və qayğısı, həyata keçirdiyi islahatlar sayəsində Azərbaycan ittifaq daxilində inkişaf edən ən qabaqcıl respublika səviyyəsinəyüksəlmişdi.
Beləliklə, Ümummilli Liderin 1969–1982-ci illərdə gördüyü işlər nəticəsində Azərbaycan SSRİ-nin ən strateji respublikalardan birinə çevrilmişdi. Amma ölkənin uğurlarını həzm edə bilməyənlər Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra Azərbaycana qarşı böyük haqsızlıqlar etməyə başladılar. Bacarıqsız insanların respublikaya rəhbər vəzifələrə gətirilməsi ilə SSRİ-nin başında duranların xalqımıza yönələn cinayətləri davamlı şəkil aldı. Dövlətimiz bir daha ağır günlərini yaşadı. Yalnız 1993-cü ildə, Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra ölkəmiz dirçəlməyə başladı.
Bu gün dünyanın nüfuzlu təşkilatı - Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan həm də Cənubi Qafqazın lider dövləti kimi tanınır. İndi Azərbaycanda nümunəvi xalq-dövlət birliyi var, dövlətimizin siyasi və hərbi gücü, iqtisadi imkanları gündən-günə artır. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs uğurla davam etdirilir, müxtəlif sahələrdə islahatlar dərinləşir. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır, 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalı altındakı Qarabağ torpaqları işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.
Ötən il “Şuşa ili” elan olunub və Qarabağın incisi kimi tanınan bu şəhərdə mühüm və vacib tədbirlər keçirilib. 2023-cü ildə “Heydər Əliyev İli”çərçivəsində isə Qarabağa qayıdışın toy-bayram büsatlı günlərinin, biri digərindən maraqlı olan silsilə tədbirlərin şahidi olacağıq. Eyni zamanda Ulu öndərHeydər Əliyevin 100 illik yubiley tədbirləri nəinki respublikamızda, bir çox xarici ölkədə, həmçinin diaspor təşkilatlarında, səfirliklərimizdə, bir sözlə, dünya azərbaycanlıları tərəfindən böyük sevgi və təntənə ilə qeyd ediləcəyinə şübhə yoxdur.
Hal-hazırda Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan güclü xalq-dövlət birliyi olan firavan dövlətdən zəfər qazanan, torpaqlarını işğaldan azad edən mühüm geostrateji mövqeyə sahib olan ölkəyə çevrilib. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

