Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi
12.12.2022 [15:52]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Bu gün harada yaaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müasir müstəqil, qalib Azərbaycanla qürur duyur. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin və bu xəttin son 19 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ümummilli Liderin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Azərbaycan xalqı haqlı olaraq ulu öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq, gələcək inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalq-iqtidar birliyi ölkənin uğurlarının əsasıdır.
Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, milli dövlətçilik ənənələrinin bərpası ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində həyata keçirilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşananlar hər kəsə məlumdur. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda ən son həddə çatdı. 1991-1993-cü illər ölkəmizin tarixində hərc-mərclik, xaos, özbaşınalıq dövrü kimi xarakterizə edilir. O illərdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqiliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Ümummilli Lider belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək öz gələcək taleyinə özü qərar verdi. Dahi şəxsiyyətin zəngin idarəçilik təcrübəsi nəticəsində atdığı addımlar, müəyyənləşdirdiyi siyasət Azərbaycana davamlı uğurlar qazandırdı. Ölkəmiz qısa müddətdə sabitlik diyarına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə son qoyuldu. Ölkəmizin xarici siyasət uğurları biri-birini əvəzlədi. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə inamla irəlilədi. 1993-2003-cü illər dirçəliş, inkişaf dövrü kimi tarixə yazıldı. 2003-cü ildən başlanan yol Böyük Yolun davamıdır. Son 19 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. Bu gün dünya müasir müstəqil Azərbaycanın tarixi Zəfərinin reallıqlarını yaşayır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, xalqımızı müstəqilliyə, inkişafa, tərəqqiyə, qalibiyyətə aparan yol ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı gündən başlandı.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

