YAP xalqın inam və etimad ünvanına çevrilib
24.11.2022 [15:13]
30 il bundan öncə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası, həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai-siyasi nüfuzuna görə onunla müqayisə edilə biləcək digər bir partiya yoxdur.
Bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir və nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən açıq-aydın görünür və bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənir və ölkəmizi demokratiya yolu ilə inamla irəliyə aparır.
Son 30 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Qürurla deyə bilərik ki, Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilir.
Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Danılmaz faktdır ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı. Möhtəşəm neft strategiyası ilə ölkəmizin möhkəm iqtisadi əsaslarını yaratdı. Azərbaycanda demokratik mühiti formalaşdırdı. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycanın daha sürətli inkişafı üçün geniş imkanlar yaratdı, torpaqlarımızı işğaldan azad etdi. Nəticə etibarilə 30 il möhtəşəm qələbələrlə xalqın xidmətində dayanan Yeni Azərbaycan Partiyası ölkəmizi tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatdırdı.
Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi.
Nəhayət, Müzəffər Ali Baş Komandanımız, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə, ölkədə milli birliyi təmin etdi. Bu gün milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir.
Milli həmrəyliyimizin nəticəsidir ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın öz ata-baba yurdlarına Böyük Qayıdışına başlanılıb
Bütün sahələrdə əldə olunan yüksək inkişaf və möhtəşəm nailiyyətlər Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicinin təsdiqlənməsinin əyani sübutudur. Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi; “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə ümummilli lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” fikirləri bu gün tam reallığa çevrilmişdir.
Məhz, 2022-ci ilin noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən möhtəşəm yubiley tədbiri zamanı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın Ulu Öndərin sədrliyi ilə keçirilmiş təsis konfransından, o dövrdə ölkədəki siyasi vəziyyətdən bəhs edərək, Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsinin tarixi zərurətdən doğduğunu bildirməsi qeyd edilənləri əyani şəkildə təsdiq edir .
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sözün əsil mənasında həmin dövrdə demokratik mühitdən söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. Çünki o vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox bərbad vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.
1992-ci ilin noyabr ayına qədər olan müddətdə demək olar ki, Azərbaycan xalqının bütün sosial təbəqələrin nümayəndələri, fəhləsindən tutmuş akademikinə, hərbçisindən tutmuş hüquq-mühafizə orqanlarının əməkdaşlarına qədər bütün insanların baxışları Naxçıvana – Ulu Öndər Heydər Əliyevə yönəlmişdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyuldu. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək müasir tariximizin yeni çalarlarını özündə birləşdirməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirdi. Bu gün də YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir, cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.
Eyni zamanda, Yeni Azərbaycan Partiyası cəmiyyətimiz üçün çoxsaylı nümunələr yaradıb. Bunlardan biri də partiya-lider-xalq birliyidir. Bu tendensiya bu gün də davam edir və YAP öz sıralarını sağlam əqidəli, xalqını və Vətənini sevən insanlar hesabına genişləndirir. Partiyamız milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələri özündə birləşdirir. Ümummilli Liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir. Bütün prinsiplərin əsasında Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğrultması dayanır.
Belə ki, “Qələbələr Partiyası” olan Yeni Azərbaycan Partiyası, fəaliyyəti dövründə daim inkişaf etmiş, xalqın taleyində mühüm rol oynayan bütün seçkilərdə iştirak etməklə, bir tərəfdən seçki təcrübəsi toplamış, siyasi nüfuz etmə qaydalarını təkmilləşdirmiş, digər tərəfdən, təşkilatlanma, ideya siyasi və təbliğat işinin yeni üsullarını işləmiş və tətbiq etmişdir. Bu işlər bu gün də, daim yeniləşmə prinsipi əsasında davam etdirilir.
Təsadüfi deyil ki, 1993-cü ildən bu günədək keçirilən bütün seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olmuşdur. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın daim bu təşkilata böyük etimad göstərəcəyini təsdiq edir.
Bu gün, Yeni Azərbaycan Partiyasının, cəmiyyətin yeganə seçimi olmasını şərtləndirən amil, Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzudur. Bütün bunlar deməyə əsas verir ki, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.
Bir sözlə, 30 illik fəaliyyəti dövründə möhtəşəm qələbələrə imza atmaqla xalqın inam və etimad ünvanına çevrilən Yeni Azərbaycan Partiyasının getdikcə güclənən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır.
Əminliklə demək olar ki, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də uğurlu siyasi fəaliyyətini davam etdirəcək və ölkəmizin gələcək inkişafı naminə qarşıda duran bütün hədəflərə çatacaqdır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40

