/ / İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir
İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir
23.11.2022 [12:12]
Azərbaycanın çətin günlərində qardaş və dost ölkələrin, bir çox təşkilatların dəstək olduğu zamanda Azərbaycana köstək olan İran bu günlərdə də pis əməlləri ilə gündəmdədir. İkinci Qarabağ müharibəsi zamanı üzdə İslam dinini ortaya qoyub müsəlman qardaşlarının yanında olduğunu desə də Ermənistana-xristan candaşlarına silah-sursat yardımı ilə yalançı və riyakar olaraq yaddaşlara həkk olundu. Güney azərbaycanlı soydaşlarımızın kəskin etirazlarından və informasiya müharibəsindəki üstünlüyümüzdən sonra İran sərhədi bağlamaq məcburiyyətində qaldı. Müharibədən sonrakı dövrdə, sülh danışıqları getdiyi müddətdə sülhə mane olacaq hərəkətləri və danışıqları İranın pis niyyətini üzə çıxartdı.
İran ilə Ermənistanın münasibətləri son iki ildə daha da yaxınlaşdı. İki ölkə xalqları arasında çox yaxın əlaqələr mövcuddur. Ermənistana Türkiyə və Azərbaycan tərəfindən tətbiq olunan iqtisadi mühasirə şəraitində, İranla iqtisadi əlaqələr, Ermənistan üçün çox faydalı oldu. İran Ermənistan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. İranda 120 mindən çox erməni yaşayır və ölkənin parlamentində təmsil olunur. Erməni xristian icması İranın ən böyük xristian icmasıdır və İslam Respublikasında xristianlığı sərbəst şəkildə tətbiq etmək hüququna malikdir. Erməni kilsələri dövlət tərəfindən qorunur və İranda yerləşən "Faddey" kompleksi YUNESKO-nun Dünya İrs Siyahısı kimi siyahıya alınır. Bu gün Ermənistanda təxminən 3 min İranlı tələbə təhsil alır. İranda ermənilərin öz dilində təhsil almaq hüququ var və burada erməni məktəbləri fəaliyyət göstərir. Qeyd edək ki, sayı 40 milyondan çox olan azərbaycanlıların isə belə bir hüququ yoxdur.
Ermənistan SSRİ-nin bir hissəsi olandan sonra əlaqələr yalnız diaspor səviyyəsində qalırdı, çünki kifayət qədər böyük erməni diasporu İranda mövcudluğunu davam etdirirdi və Ermənistanla münasibətləri heç vaxt kəsilmədi. Tehran ölkədəki Erməni diasporu üçün çox rahat şərtlər təmin etdiyindən, diaspora kanalları vasitəsilə Ermənistandan qarşılıqlı dəstəyə də güvənə bilər. Ermənistan öz mənafei üçün qarşılıqlı təsir səviyyəsi və geosiyasi əhəmiyyətə görə İrana böyük maraq göstərməsi aydındır. Ermənistanın İrana duyduğu maraq bir sıra siyasi və iqtisadi faktorlardan da qaynaqlanır, ancaq aralarında ən güclüsü İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir
Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

