Monolit partiya
19.11.2022 [11:50]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Bu birlik sayəsində 44 gündə necə torpaqlarımızı işğaldan azad etdiksə, hazırda bu torpaqlarda genişmiqyası bərpa-quruculuq işlərini də davam etdiririk. Yeni dövrün bütün məsələlərini özündə ehtiva edən Yeni Azərbaycan Partiyasının yeni Proqramında da postmünaqişə dövrünün reallıqları öz əksini tapıb. Partiyanın ötən il VII qurultayının keçirilməsini şərtləndirən amillərdən biri məhz ilk Proqramda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olduğumuz üçün yeni vəzifələrin müəyyənləşdirilməsi idi. Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək partyanın Proqramında xüsusi yer alıb.
Məlum olduğu kimi, 2030-cu ilədək dövr üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənməsi, Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması bu ərazilərimizin inkişaf etdirilməsində hüquqi bazadır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Reallıq budur ki, Prezident İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemini təkmilləşdirir. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Bütün hallarda əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir.
30 illik yola qısa baxış bu reallığın təsdiqidir ki, partiya qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olub. Bu isə öz növbəsində yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Möhtəşəm Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurət kimi qarşıya qoyub. Yeni Azərbaycan Partiyasının siyasi sistemin təkmilləşdirilməsində rolu inkredilməzdir. Dövlət başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlərdə atılan addımların əsas mahiyyətini təşkil edir. Belə ki, cənab İlham Əliyev daim bildirir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını təbliğ edir, Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına çalışırlar. 30 illik yubileyini möhtəşəm uğurları ilə qeyd edən partiyamız gələcəyə böyük inamla addımlayır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

