Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcısı qüvvəsidir
15.11.2022 [11:07]
Bu il müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur.
30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və Vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 800 minə yaxın partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.
Möhtərəm Prezidentimiz cənab Ilham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.
Partiyamızın yarandığı 30 il zaman baxımından o qədər böyük müddət sayılmır. Lakin bu illər ana vətənimiz Azərbaycanımız üçün XX əsrin mürəkkəb, ən faciəli, eyni zamanda ən dinamik dövrü olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ilə hakim partiyaya çevrilən YAP-ın işləyib hazırladığı və həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təntənəsi nəticəsində sosial-iqtisadi və hərbi qüdrətini möhkəmləndirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı azad edərək nigarançılağa son qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasından güc alan Prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülmüş sürətli və kompleks inkişaf proqramı müvəffəqiyyətlə həyata keçirilir.
Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. YAP saf amallar üzərində qurulmuş və milli mənafelərə xidmət edən partiya kimi öz tarixi missiyasını uğurla yerinə yetirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin zəhməti və müdrik siyasəti nəticəsində Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərdə, qazanılmış diplomatik uğurlarda, ǝsl vətəndaş cəmiyyətinin formalaşmasında YAP-ın özünəməxsus rolu vardır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xilaskarlıq, quruculuq və milli dirçəliş kursuna sadiq olan YAP ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin tarixində həmişə həlledici söz sahibi olaraq yaşayacaqdır.
Biz, Yeni Azərbaycan Partiyasının üzvləri heç vaxt unutmamalıyıq ki, Ulu Öndərimiz, partiyamızın banisi bizlərə müstəqil Azərbaycan Respublikasını, Yeni Azərbaycan Partiyasını əmanət qoyub getmişdir. Biz onların hər ikisini göz bəbəyi kimi qorumalı, ümummilli liderin ideyaları ətrafında sıx birləşməklə Möhtərəm Prezidentimizə, YAP sədrinə arxa olmalıyıq. Partiyamızın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyasının bayrağını həmişə uca tutmalıyıq.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

