Azərbaycan öz tarixi missiyasını şərəf və ləyaqətlə yerinə yetirdi
12.11.2022 [12:20]
Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə düşmənin onurğa sütununu qırdı və torpaqlarımızın azad olunması uğrunda Ali Baş Komandanımızın rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtəni qoydu. Şuşaya gedən yolda ilk addımını 2020-ci ilin 27 sentyabr tarixində atan Şanlı Ordumuz buraya qədər bir çox şəhər və kəndlərimizi, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Suqovuşanı, 300-ə yaxın kəndi, Laçının və Kəlbəcərin bir hissəsini döyüş meydanında azad edərək, 44 gün ərzində bircə addım belə olsun geriyə dönmədən, qanlı döyüşlərdə düşməni məhv edərək gəlib çıxmışdır. Bu tarixi Qələbədən iki il sonra, Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə ailəsi ilə birlikdə iştirak edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, müharibənin son məqsədi məhz Şuşanı işğaldan azad etmək idi. Çünki Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir və Şuşasız bizim qələbəmiz tam ola bilməzdi.
Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə təkcə torpaqlarımızı deyil, həm də qürurumuzu özümüzə qaytardı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmış, cəmiyyətdə böyük ruh düşkünlüyü yaratmışdı. Əlbəttə ki, o məğlubiyyətqaçınılmaz olsa da qətiyyən Azərbaycan xalqının təqsiri üzündən yaşanmamışdı. Həmin məğlubiyyətin səbəbkarları o dövrdə hakimiyyəti ələ keçirə bilmiş antimilli ünsürlər idilər. Məhz o dövrkü iqtidarın hakimiyyət uğrunda öz aralarında apardıqları çəkişmələrin, yaratdıqları qarşıdurmaların səbəbilə biz I Qarabağ savaşında məğlub olduq, torpaqlarımızın 20 faizini itirdik. Ermənilər isə bu vəziyyətdən məharətlə yararlanaraq öz havadarlarının mediresursları vasitəsilə bütün dünyaya car çəkirdilər ki, Ermənistan ordusu yenilməz ordudur və Azərbaycan artıq heç vaxt öz torpaqlarını müharibə yolu ilə geri qaytara bilməyəcək. Əlbəttə ki, bu da ermənilərin öz tarixləri barədə uydurduqları çoxsaylı miflərdən biri idi və Azərbaycan 30 il ərzində şişirdilən bu mifi cəmi 44 günə puç etdi.
Heç bir müharibədə asan qələbə olmur. Azərbycan da II Qarabağ savaşını 44 günə tarixi Zəfərlə başa çatdıra bilmək üçün 17 illik hazırlıq mərhələsini keçmişdi. Həmin illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu, əsaslı islahatlar yalnız ölkəmizin iqtisadi gücünün artmasına, qüdrətli ordu quruculuğuna yönəlmişdi. Dövlət başçımızın gərgin fəaliyyəti və böyük səyləri nəticəsində Azərbaycan bütün məqsədlərinə nail oldu. Möhtərəm Prezidentimizin öz çıxışında qeyd etdiyi kimi,müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, Azərbaycan öz ordusunu lazımi silahlar və texnika ilə təchiz etməli idi. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan öz müstəqilliyini bərpa edən zaman ölkənin maliyyə, iqtisadi vəziyyəti çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və Azərbaycan dövləti cənab Prezidentin rəhbərliyi ilə bunu etdi.
Həmçinin ötən illər ərzində Azərbaycan tərəfindən beynəlxalq müstəvidə çox fəal iş aparıldı. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdilər.Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik, balanslaşdırılmış xarici siyasət kursu bu zəminin möhkəm əsaslar üzərində yaradılmasını təmin etdi. Nəticədə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət oldu. Əlbəttə ki, bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr Azərbaycana qarşı müəyyən siyasi addımlar atmağa çalışdılar. Amma bu cəhdlərin də qarşısı Azərbaycanın dövlət başçısının uğurlu diplomatik gedişləri ilə dərhal alındı. Sonda Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını şərəf və ləyaqətlə yerinə yetirdi.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12

