Münaqişələrə yanaşmalarda ikili standartlar siyasəti yolverilməzdir
07.11.2022 [11:55]
Noyabrın ayının 1-2 də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində iştirak edib. Bu dəvət Prezident cənab İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.Həmçinin demək lazımdır ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün də son dərəcə əlamətdar hadisədir. Bunu möhtərəm dövlət başçımız Sammitdə etdiyi çıxışında vurğulayaraq bildirmişdir ki, Azərbaycanın bu Zirvə toplantısında iştirakı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini, ölkələrimiz arasında birlik və həmrəyliyi nümayiş etdirir.
Daha bir diqqətəlayiq hal budur ki, cənab Prezident İlham Əliyevin Əlcəzairə səfəri bu ölkənin öz dövlət müstəqilliyinin 60-cı ildönümünü qeyd etdiyi bir günə, 1 noyabr tarixinə təsadüf edib. Məlum olduğu kimi, Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilmişdi. 1962-ci ilə qədər davam edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Təqdim olunan məlumatlarda isə ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. 1962-ci ildə Fransa Əlcəzairin müstəqilliyini tanımalı oldu. Öz çıxışında bu məsələyə toxunan Azərbaycan Prezidenti xüsusi olaraq qeyd edib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır və gələcəkdə belə faciələrin qarşısının alınması üçün dünya birliyi bütün tədbirləri görməlidir.
Ümumiyyətlə islam ölkələri ilə münasibətlərin genişləndirilməsi Azərbaycanın xarici siyasətində hər zaman prioritet istiqamətlərdən biri olub. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.
Öz çıxışında cənab Prezident İlham Əliyev bunu da bildirmişdir ki, Azərbaycan da Əlcəzair kimi uzun illər işğaldan əziyyət çəkən ölkə olmuşdur. Torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı və bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. İki il bundan əvvəl isəAzərbaycan Ermənistan tərəfindən torpaqlarımızın işğalına birdəfəlik son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır. Heç kəs üçün sirr deyil ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartlar siyasətinin təzahürüdür. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Dövlət başçımızın dediyi kimi, bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.
Məhz bu beynəlxalq riyakarlıq səbəbindən Azərbaycan iki il əvvəl BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazilərini güc yolu ilə azad etdi. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. Azərbaycan isə, azad etdiyi torpaqlarına əbədi qayıtdı.
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

