Azərbaycan Ordusu xalqına Qələbə bəxş edən müzəffər orduya çevrildi
01.11.2022 [14:52]
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Dünyaya səs salan şanlı Zəfərimiz demək olar ki, 30 ilik işğal dövrünün reallıqlarının təqdimatı oldu. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, dövlət başçısının Vətən müharibəsinin gedişi dövründə informasiya cəbhəsində 30-dan artıq xarici mətbuata müsahibələrində işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq və milli qürur dərsləri bir daha sübut etdi ki, tarixi saxtalaşdırmaqla nəyəsə nail olmaq mümkün deyil. Haqq, ədalət gec-tez qalib gəlir.
44 günlük İkinci Qarabağ müharibəsinin hər günü tariximizə yeni - yeni Qələbə səhifələrini yazdı. Azərbaycan Ordusu hər gün irəli gedirdi. 44 günün hər günü bir şəhərin, qəsəbənin, yüksəkliyin, neçə-neçə kəndin işğaldan azad edilməsi ilə yadda qaldı. Xalqımız hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən Qələbə müjdələrini gözlədi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi, diz çökdürdü. Rəşadətli Ordumuzun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Bununla da 30 illik işğala son qoyuldu, bu dövrdə dünya güclərinin edə bilmədiklərini Azərbaycan əsgəri etdi. Kağız üzərində saralmış BMT qətnamələrinin icrası həyata keçirildi.Azərbaycan bir daha dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etdi və çatdırdı ki, onların icrası üçün vahid mexanizm lazımdır.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, erməni mifini də məhv etdi və 30 illik işğal dövründə ermənilərin apardıqları əsassız təbliğata görə guya münaqişənin həllində hərb variantı seçilərsə, məğlub olan tərəf Azərbaycan Ordusu olacaqdı fikirlərini də alt-üst etdi. 44 gündə Azərbaycan əsgərinin göstərdiyi şücaət, qəhrəmanlıq, torpaqlarımızın işğalına son qoyması bir daha dünyaya sübut etdi ki, ən güclü ordu Azərbaycan Ordusudur. Bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Dünyanın qabaqcıl ölkələrinin hərbi ekspertləri 44 günlük İkinci Qarabağ müharibəsində Ordumuzun nümayiş etdirdiyi döyüş taktikasını öyrənir, araşdırır. Bir dastana çevrilən Şuşa əməliyyatı öyrənilir. Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın müharibə taktikası da nümunəviliyi ilə diqqətdədir və bu, dövlətimizin uğurlu siyasətinin təqdimatıdır.
30 ilin işğalına 44 gündə son qoymaqla Azərbaycan hansı imkanlara malik olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük əminlik var idi. Azərbaycan bu müddət ərzində gücləndi, qüdrətləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə diplomatik uğurlarımız da əhəmiyyətli rol oynadı. Azərbaycan sübut etdi ki, öz torpaqlarında müharibə aparır, ərazilərimizi düşməndən təmizləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxmalarının vacibliyi öz əksini tapmışdı. Zamanında dünya gücləri, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri işğalçı Ermənistana təzyiq göstərsəydilər, sanksiyalar tətbiq etsəydilər müharibə yaşanmazdı. Azərbaycan torpaqlarını işğaldan özü xilas etdi. Bu gün bu torpaqlarda Azərbaycan Bayrağının dalğalanması qürurumuz, milli kimliyimizlə yanaşı, xalqımızın müdrikliyinin, mübarizliyinin, məğlubedilməzliyinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

