/ / Qazaxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi təntənə ilə qeyd edildi
Qazaxda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi təntənə ilə qeyd edildi
27.10.2022 [12:12]
2022-ci il oktyabr ayının 26-da Qazax rayon “Gənclər Evi”ndə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini və “Şəhidlər Xiyabanı”nı ziyarət edərək Ulu Öndərin və Şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.
Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirildi. Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən videoçarxa və foto - şəkillərə baxıldı.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olundu.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan, qazandığı çoxsaylı qələbələrdən və uğurlardan ətraflı danışdı. Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında möhtəşəm qələbələrə doğru inamla, qətiyyətlə addımladığını xüsusi vurğuladı.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımıza çoxsaylı qələbələr, uğurlar bəxş etdiyini söylədi. Partiyamızın siyasətinin Qazax rayonunda uğurla həyyata keçirildiyini vurğuladı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında Ümummilli Lider Heydər Əliyev siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyindən, bu gün Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırdı.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan bəhs etdi.
Yubiley tədbirində YAP Qazax rayon təşkilatının təsisçisi Abbas Göyüşov , Vətən müharibəsi qazisi, partiya fəalı Samir Çobanov, gənc partiya üzvü Aydan Əsgərova çıxış etdilər, partiya veteranı, şair Kazım Kazımlı Yeni Azərbaycan Partiyasına həsr etdiyi şeirini söylədi.
Tədbirdə YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xidmətləri olan veteran partiya üzvləri Fəxri fərmanla təltif olundular,YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etmişdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35

