/ / Masallı rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
Masallı rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
26.10.2022 [16:53]
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirib.
Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Masallı Qəhrəmanlar Parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. S.Əliyev YAP-ın qələbələr partiyası kimi Azərbaycana tarixi nailiyyətlər qazandırdığını diqqətə çatdırıb.
Tədbirdə şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri, şəhid Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova çıxış edərək qeyd edib ki, 30 illik yubileyə Yeni Azərbaycan Partiyası zəfər qazanmış bir ölkənin hakim partiyası olaraq daxil olur. O, Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu, ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini söyləyib.
YAP Masallı rayon təşkilatının veteran üzvü, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycana sabitlik və tərəqqi gətirdi. Bu gün Azərbaycan qüdrətli və qalib dövlət kimi dünya birliyində söz sahibinə çevrilib.
YAP Masallı rayon təşkilatının gənc fəalı İradə İmanbəyli çıxışında bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uğurlu siyasəti ilə regionun lider dövlətinə çevrilib. Xalqımız öz Liderinə inanır, onu dəstəkləyir və onun ətrafında sıx birləşib. İ.İmanbəyli ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparır.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxışında Heydər Əliyev ideyalarının böyük zəfərlərə yol açdığını söyləyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi nailiyyətlər qazandığını, möhtəşəm Qələbəyə imza atmaqla tarix yazdığını söyləyib. M.Məmmədov Yeni Azərbaycan Partiyasının bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliyini ifadə edib.
Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu söyləyib. O bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbə ilə şanlı tarix yazdı. Qüdrətli dövlətimiz özünün ən böyük məramını gerçəkləşdirdi, ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs fəxri fərmanla təltif edilib.
Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35

