Keçmiş məcburi köçkünlərin qayıdışı əsas hədəfdirr
26.10.2022 [15:54]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Artıq tarixi Zəfərimizin ikinci ilini qeyd edirik. Bu iki il azad edilmiş şəhərlərimizin, kəndlərimizin bərpası, yenidən qurulması ilə xarakterizə olunur. Dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq bütün şəhər və kəndlərimiz müasir tələblər əsasında qurulur, bərpa edilir. Şəhərlərlərin Baş planları hazırlanıb təqdim olunur. Bu prosesdə sakinlərin də iştirakı onların istəklərinin nəzərə alınmasında mühüm rol oynayır. Əsas hədəf soydaşlarımızın gələcəkdə bu torpaqlarda yüksək həyat şəraitinin təmin edilməsidir.
Hər zaman qeyd etdiyimiz kimi, bu torpaqlar erməni vəhşiliklərinin təqdimatıdır. Şəhər və kəndlərimiz tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Cəbrayıl şəhərində mətbuata bəyanatında diqqəti bu kimi məsələlərə yönəldən dövlət başçısı İlham Əliyev “İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər” söyləyərək onu da qeyd etdi ki, Cəbrayıl şəhərindən bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir: “Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb.”
İşğaldan azad edilmiş ərazilərdə bu ilin mühüm hadisələrindən biri “ağıllı kənd” layihəsi çərçivəsində yenidən qurulan, bərpa edilən, şəhər təəssüratı yaradan Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşması oldu. Böyük Qayıdışın ilk addımı kimi dəyərləndirilən bu hadisə Azərbaycanın bərpa işlərini qısa zamanda başa çatdırması ilə malik olduğu imkanlarını təqdim etdi. Dövlət başçısı Cəbrayıldan səsləndirdiyi çağırışlarında bir daha diqqəti Ağalı kəndində olduğu məktəbə yönəldərək bildirdi ki, məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib: “Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.”
Bugünümüzün reallıqları bizi 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn Qələbə xəbərlərinin soydaşlarımızda yaratdığı hissləri, səsləndirdikləri fikirləri yada salmağa çağırış edir. 30 il torpaq həsrəti ilə yaşayan, dogma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən keçmiş məcburi köçkünlərin sevincinə sevinc qatan “Artıq biz qaçqın deyilik” ifadəsinin söz olaraq deyil, reallıqda öz əksini tapması oldu. Dövlət baçısı İlham Əliyev keçmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində daim onlar üçün yaradılan şəraitdən bəhs edərkən bunların müvəqqəti xarakter daşıdığını, tezliklə Qarabağ münaqişəsinin ədalətli həllini tapacağını və soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıdacaqlarını bildirirdi. Bu əminliyə əsas verən haqqın, ədalətin bizim tərəfimizdə olması, həmçinin Azərbaycan Ordusunun gücü, qüdrəti idi. Cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad edəcək.
30 il dünya ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlətdi. Ermənistana BMT qətnamələrinin icrası ilə bağlı sanksiyaların tətbiq olunmaması, təzyiq göstərilməməsi böyük iddialarla yaşamasına səbəb oldu. İkili standartlara əsaslanan siyasətin hansı problemlərə yol açdığını geniş şərh etməyə ehtiyac yoxdur. 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi və postmünaqişə dövrünün reallıqları həmin problemlərin təqdimatıdır.
İşğalçı dövlət torpaqlarımızı dağıdıb, yerlə-yeksan etsə də bu həqiqəti çox yaxşı bilirdi ki, bu ərazilərin Azərbaycan xalqına məxsusluğunu inkar etmək, tarixi silmək qeyri-mümkündür. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzur bərpa edilir, yenidən qurulur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında diqqəti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə yönəldərək bildirdi ki, dağıdılmış, yerlə-yeksan edilmiş bu bölgələr hazırda qardaşım İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəlir: “Körpüləri, dəmir yolları, avtomobil yolları, magistralları ilə yenidən bir Azərbaycan inşa edilir. İndi biz bunları yaşayırıq, görürük. Eşidərək deyil, görərək bu ifadələri işlədirik. Bu, təbii ki, başda qardaşım İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, gördükləri işlərlə bu qədər qısa müddətdə Azərbaycan, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qalxır.”
Xəbər lenti
Hamısına baxElanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24

