Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar
26.10.2022 [11:25]
Bu gün ölkə və dünya mətbuatında müzakirə olunan məsələlər sırasında yer alan Zəngilan Beynəlxalq Hava Limanının açılışı bir tərəfdən Azərbaycan-Türkiyə birliyinə, diğər tərəfdən isə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə işıq saldı. Ötən il Füzuli, bu il Zəngilan Beynəlxalq Hava Limanının iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin Prezidentlərinin iştirakı ilə açılışı bir daha bu reallığı nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə birliyinə bərpa olunan Qarabağ və Şərqi Zəngəzur da şahidlik edir.
Artıq işğaldan azad edilmiş ərazilərimiz dağıntı mərhələsini bərpa-quruculuq dövrü ilə əvəzləyir. Bütün bölgələrdə əsas diqqət infrastruktur layihələrinin icrasına yönəldilib. Yeni avtomobil, dəmir yolu çəkilir, hava limanları tikilir və istifadəyə verilir. Bu ərazilərdə nəzərdə tutulan 3-cü hava limanı Laçındadır və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Zəngilanın işğaldan azad edilməsinin ikinci ilində keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda mətbuata bəyanatında bu reallığı böyük qürur hisi ilə qeyd etdi ki, bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir: “Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları da bizi həddindən artıq sevindirir. Böyük Qayıdış prosesi çərçivəsində azərbaycanlı qardaşlarımızın “Ağıllı kənd” konsepsiyasına uyğun inşa edilən Ağalı kəndində məskunlaşmaları ilə Vətən həsrətlərinin, İnşallah, başa çatdığını görürük. Ağalı kəndini gördük, oraya bundan sonra artıq kənd deyə bilmərik. Ora artıq müasir bir şəhər kimi inkişaf edir.”
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti ermənilərin torpaqlarımızda törətdikləri dağıntılara yönəldərək bildirdi ki, işğal dövründə ermənilər bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər. Cəbrayıl şəhərindən bu dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir: “Görün onlarda Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük.”
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində oldu, Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər. Sakinlər onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, öz dogma yurd-yuvalarına qovuşduqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildirdilər. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş torpaqlarımızda görülən bərpa-quruculuq işləri tezliklə bütün soydaşlarımızın öz dogma yurd-yuvalarına qovuşacaqlarına inamı artırır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə bütün yeniliklər öz əksini tapıb, insanların rahat yaşayışı təmin edilir.
Cənab İlham Əliyev Cəbrayılda mətbuata bəyanatında bir daha diqqəti Ağalı kənd sakinləri ilə görüşünə yönəldərək bildrdi ki, Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni, o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar: “Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq. Bütün keçmiş məcburi köçkünlər qayıdacaqlar. Biz onların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.”
Göründüyü kimi, günümüzün əsas hədəfi bərpa-quruculuq işlərini uğurla başa çatdırmaq, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını reallaşdırmaqdır. Bundan sonra başlanacaq yeni həyat o torpaqları daha da canlandıracaq, ölkəmizin turizm imkanları genişlənəcək, Qarabağ və Şərqi Zəngəzur nəinki ölkəmizin, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

