Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb
22.02.2011 [10:23]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov çıxış edərək öncə partiyanın yaranma tarixi ilə bağlı fikirlərini bildirib. YAP-ın yaradılmasının o dövrün tələbi olduğunu deyən F.İsmayılov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi qüvvənin formalaşması zərurətə çevrilmişdi. “YAP qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrildi. 1990-cı illərin əvvəlində hakimiyyətdə olanların səriştəsiz siyasəti nəticəsində Azərbaycan uçuruma sürüklənirdi. ölkəmizdə iqtisadi-siyasi böhran dərinləşirdi, xalqın həyat səviyyəsi pisləşirdi. Eyni zamanda, Ermənistan bir-birinin ardınca ərazilərimizi işğal edirdi. Belə bir şəraitdə insanların sabaha inamları qalmamışdı. Cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, Azərbaycanı yalnız bu bəladan ümummilli lider Heydər Əliyev xilas edə bilər. Ona görə də, ölkəmizin nüfuzlu 91 ziyalısı Ulu öndər Heydər Əliyevə müraciət etdilər”, - deyə təşkilat sədri bildirib.
F.İsmayılov deyib ki, partiya Naxçıvanda yaradıldıqdan sonra onun yerli təşkilatları formalaşmağa başladı. Onun sözlərinə görə, 1993-cü il yanvarın 9-da YAP Yasamal rayon təşkilatının yaradılması üçün 17 nəfərdən ibarət təşkilat qrupu yaradıldı: “20 fevral 1993-cü ildə ilk təsis konfransını keçirən zaman YAP Yasamal rayon təşkilatının sıralarında 550 üzv və 26 ilk təşkilat var idi. Hazırda isə təşkilatın sıralarında 25 min nəfərdən çox insan birləşib. Bizim partiyamızda intellektual insanlar, ziyalılar daha çox üstünlük təşkil edir”.
F.İsmayılov deyib ki, YAP Yasamal rayon təşkilatı ölkəmizdə keçirilən seçki kampaniyalarında, eləcə də, digər ictimai-siyasi tədbirlərdə fəal iştirak edir. O, təşkilat tərəfindən hər il məcburi köçkünlərə maddi-mənəvi dəstək verildiyini, cəbhə xəttində hərbçilərimizlə görüşdüklərini və digər tədbirlər keçirdiklərini vurğulayıb.
çıxış edən YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin banisi olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib: “Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
A.Məhərrəmov ötən 18 il ərzində YAP Yasamal rayon təşkilatının da səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, bildirib ki, rəhbərlik etdiyi BDU-da 18 min 500 tələbə, 4500 professor-müəllim heyəti var. Onların 4 minə qədəri YAP üzvləridir. Azərbaycan təhsilinin inkişafına da toxunan millət vəkili bu sahədə uğurların çox olduğunu deyib. A.Məhərrəmov dövlət başçısının elm və təhsilin inkişafı ilə bağlı bir sıra sərəncamlar verdiyini xatırladıb.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca da partiyanın yaradılması ilə bağlı xatirələrini danışıb: “Ulu öndər Heydər Əliyev xalqı, insanları birləşdirib. Mən Heydər Əliyev siyasətinə xidmət edən bütün insanlara minnətdarlığımı bildirirəm. çünki bu siyasət Azərbaycanın inkişafına xidmət edir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.
Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Rasim Nəbiyev isə çıxışında Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda ölkəmizin iqtisadi gücü dünya miqyasında da etiraf olunur. R.Nəbiyev ölkəmizin inkişafında YAP-ın xüsusi rolunun olduğunu vurğulayıb. “Hər bir vətəndaş Azərbaycana sabitlik və inkişaf bəxş edən Ulu öndərimizə öz qəlbində abidə ucaldıb”, - deyə o, qeyd edib.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva isə bildirib ki, partiyamızın üzvlərinin 40 faizini gənclər təşkil edir. Onun fikrincə, gənclərin partiyaya axını YAP-da gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır.
Tədbirdə həmçinin YAP fəalları Lətifə Allahverdiyeva və Xıdır İbrahimov çıxış ediblər. çıxışlarda qeyd olunub ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
Tədbirdə həmçinin, YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

