Füzuli rayonunun yeni inkişaf dövrü
19.10.2022 [10:35]
Azərbaycan düşməni məhz, özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğal etdikləri ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü, lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb. Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi.
Noyabr ayının 8-də Şuşanın, ertəsi gün isə, daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Məlum olduğu kimi, Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də, Ermənistan baş nazirinin imzaladığı Bəyanat, qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti, özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi, həmçinin, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasına nail oldu. Artıq, Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan ordusunun əzmi, qətiyyəti, peşəkarlığı, vətənpərvərliyi təcavüzkar erməniləri torpaqlarımızdan təmizlədi.
Sevindirici haldır ki, qısa müddət ərzində işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər, Qarabağın dirçəlişi ürəyimizi dağa döndərir. Bu, ölkə Başçısının Vətənə bağlılığının və yüz minlərlə soydaşımızın Vətənə qayıtmaq arzusuna verdiyi dəyərin göstəricisidir. Şanlı Zəfərimiz, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri Azərbaycanın nə qədər güclü, qüdrətli dövlət olduğunu bir daha təsdiqləyir. Şəhər və qəsəbələrimizin işğaldan azad edilməsinin ildönümündə Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə bu yerlərə səfərləri, ictimaiyyətlə görüşləri xalqımızda tərəfindən böyük rəğbətlə, minnətdarlıqla qarşılanır.
İşğaldan azad olunmuş tarixi ərazilərimizdən biri də, Füzuli rayonudur. Bu gün, Füzuli rayonu özünü yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, təşəbbüsü ilə işğaldan azad edilmiş bütün bölgələrimizdə olduğu kimi, Füzuli rayonunda da böyük tikinti-quruculuq və bərpa işləri həyata keçirilir. Burada görülən işlərin miqyası və vüsəti heyranlıq doğurur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri çərçivəsində yeni müəssisələrin təməlinin qoyulması görülən işlərin miqyasını bir daha göstərmiş olur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı "Qarabağın hava qapısı" elan olunub. Bu isə, ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək. Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu olan "Zəfər yolu" isə, xüsusi ilə qürurverici amillərdəndir.
2020-ci il noyabr ayının 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Dövlət başçımızın etdiyi səfərlər çərçivəsində Füzuli şəhərlərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, Çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və digər genişmiqyaslı layihələr tezliklə, Füzulinin müasir, yeni şəhərə çevrilməsinə səbəb olacaqdır.
Ali Baş Komandan Prezident İlham Əliyevin yüksək idarəçiliyi, qətiyyəti və siyasi iradəsi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. Mənfur düşmənin tapdağı altında qalan torpaqlarımızın işğalına son qoyuldu, 30 illik Vətən həsrətimiz sona çatdı. Bu Zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. İndiki və gələcək nəsillərin xoşbəxtliyi üçün atılan bu addımı xalqımız böyük qələbə sevinclə qeyd edir. 30 ilə yaxın müddətdə işğal altında olan hər bir kənd və şəhərimizin azad edildiyi gün böyük qürur hissi ilə qeyd olunur. Bu gün, biz qalib ölkənin vətəndaşlarıyıq. Qalib ölkənin vətəndaşı olmaq isə, çox böyük şərəf və xoşbəxtlikdir.
Müşfiq Səfərov - Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

