Hər hansı vasitəçiliyə artıq ehtiyac yoxdur
10.10.2022 [10:48]
Etibar Hacıyev
Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri
Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumuna 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox iştirakçı qatıldı. Forum istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarının dünyaya çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısı İlham Əliyevin çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri 30 ildə vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu.
“Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən Prezident İlham Əliyev tədbir iştirakçılarına erməni vəhşiliyindən geniş bəhs etdi. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, hazırda keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti bu gün də davam edir.
Müharibə başa çatıb torpaqlarımız öz tarixi sahibinə qovuşsa da ermənilərin bu illər ərzində törətdikləri vəhşilikləri, faciələri unuda bilmərik. 30 ildə Ermənistanın əsas hədəfi Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Danışıqları uzatmaq, vaxt qazanmaq üçün törətdiyi təxribatlara münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin susması daim dövlətimizin sərt reaksiyasına səbəb oldu. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, dünya ikili standatlara əsaslanan siyasətə son qoymalı, beynəlxaq hüququn norma və prinsiplərinin, qətnamələrin icrası, tətbiqi üçün vahid mexanizm müəyyınləşdirilməlidir. Lakin bəzi dünya gücləri bu çağırışları eşitməzdən gəldilər.
BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq Ermənistana heç bir sanksiya tətbiq edilmədi, bu qətnamələrin icrası istiqamətində addım atılmadı. Kağız üzərində saralan qətnamələri Azərbaycan dövlətinin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə təkbaşına icra etdi.
30 illik işğal dövrünün təhlili bu fikrə əsas verir ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Forumdakı çıxışında “Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar” bildirən dövlət başçısı onu da əlavə etdi ki, iyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi Minsk qrupunu yenidən canlandırmaq istiqamətində səyləri görürük. Əlbəttə ki, Azərbaycan dövləti bu səyləri dəstəkləmir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ağdamın timsalında erməni vəhşiliklərini Forum iştirakçılarının diqqətinə çatdıran dövlət başçısı İlham Əliyev “Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik” söyləməklə Ermənistana və ona bu gün də dəstək verən dövlətlərə mesajlarını çatdırdı.
Torpaqları 30 il işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Dünyadan ədalət gözləyən Azərbaycan idi. BMT qətnamələrinin icrasını tələb edən Azərbaycan idi. Bunların fonunda ədaləti və beynəlxalq hüququ bərpa edən də Azərbaycan oldu. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri aparılır. Artıq Qarabağ münaqişəsi tarixə qovuşub. ATƏT-ni Minsk qrupunun vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Əksər dünya gücləri özlərinə inam yaratmaq, etimad mühitini formalaşdırmaq üçün ikili standartlara əsaslanan siyasətə son qoymalıdırlar. Yeni reallıqlar bunu bir tələb kimi qarşıya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

