5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib
06.10.2022 [11:01]
05 oktyabr 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “05 Oktyabr-Beynəlxalq Müəllimlər günü”nə həsr olunmuş “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” başlıqlı tədbiri keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin üzvü Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, məktəb direktorları, İctimai Şuranın üzvləri və 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başladı.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini və son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğuladı. Bununla yanaşı, natiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd etdi. O da vurğulandı ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. V.Səfixanov çıxışının sonunda təhsil müəssisələrinin 2021-2022-ci tədris ili üzrə nəticələri barədə ətraflı məlumat verdi.
Daha sonra söz alan Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev çıxış edərək bildirdi ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı, müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində islahatlar həyata keçirilmişdir. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. R.Əliyev çıxışında qeyd etmişdir ki, öz peşə bayramlarını qeyd edən müəllimlərimiz inanırıq ki, bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.
Növbəti olaraq çıxış edən Pirallahı rayonu 243 saylı tam orta məktəbin Azərbaycan tarixi müəlliməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova çıxışında vurğuladı ki, Azərbaycan müəllimləri tarixən mütərəqqi amallar naminə çalışmış, şərəfli müəllim peşəsini ən uca zirvələrə qaldıraraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərmişlər. A.Cahangirova bununla yanaşı bildirdi ki, müəllimlər bu gün cəmiyyətimizin ən nüfuzlu şəxslərindən hesab olunurlar.
Daha sonra 2021-2022-ci tədris ilində Pirallahı rayonu üzrə ən yüksək nəticələrdən birini əldə etmiş 243 saylı tam orta məktəbin məzunu Elmira Mütəllimova çıxış edərək, bütün şagirdlər adından Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və müəllimlərinə hədsiz minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini söz verdi.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov öz çıxışında 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü dünyanın bütün mədəni və mütərəqqi xalqlarının həyatına əlamətdar və mühüm tarixi bir gün kimi daxil olduğunu bildirərək qeyd etdi ki, Beynəlxalq Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur. Azərbaycan xalqı bu gözəl, şərəfli bayramı böyük sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edir. Müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyev demişdir: "Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Tədbirin sonunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik etdi, onlara xoş arzularını çatdıraraq, çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzuladı. Bununla yanaşı, V.İmanov vətənpərvərlik ruhunda tərbiyə almış şagirdlərin, gənclərin Vətən müharibəsində göstərdiyi şücaəti xatırladaraq, əldə olunmuş qələbədə təhsilli, savadlı gənclərin müstəsna rolu olduğunu bildirdi. O da vurğulandı ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edərək, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdılar.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar və təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə bir qrup təhsil işçisi YAP Pirallahı rayon təşkilatının qiymətli hədiyyələri və RİH-nin fəxri fərmanları ilə təltif olundular.
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16

