Demokratikləşmə ölkəmizin hərtərəfli inkişafının əsasıdır
04.10.2022 [11:46]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri.
Siyasi uzaqgörənliyində, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, dünyagörüşündə, milli maraqlara əsaslanmasında, zaman və məkan amilini qiymətləndirməsində, səbrliliyində, nəzəriyyəyə istinad etməsində və bir çox digər məsələlərdə Heydər Əliyevin fenomenallığı sübut olunmuş faktdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıraraq dövlət quruculuğuna diqqəti əsas vəzifə kimi qarşıya qoydu. Ümummilli Liderin “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir” çağırışı müstəqil Azərbaycanın qarşısında dayanan vəzifələrin aydın mənzərəsini təqdim etdi. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri demokratiya təcrübəsinin nümunə olmasının beynəlxalq səviyyədə təsdiqində öz əksini tapıb.
Ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində biri-birindən mühüm addımlar atdı. İnsan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standatlara uyğun təşkili və sair kimi addımlar həmin dövrün reallıqları sırasında oldu. Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Onu da qeyd edək ki, 2002-ci ildə dövrün reallıqlarına uyğun olaraq Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirildi. Əlavə və dəyişikliklər insan hüquqlarının müdafiəsinin yeni mexanizmlərinin müəyyənləşdirilməsi ilə yanaşı, idarəçilik sistemində də təkmillşməni təmin etdi. Ümumilikdə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, Ulu öndərin bu addımının böyük hüquqi və tarixi dəyərini dərk etmiş olarıq.
Onu da qeyd edək ki, Ümummilli Liderin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanizm nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imzalanmış Sərəncam və Fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşur. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayram ərəfəsində, əlamətdar tarixi günlərdə əfv Sərəncamları imzalayır. Statistik göstəricilərə nəzər yetirsək görərik ki, müstəqillik dövründə dövlət minlərlə məhkuma azadlıq, ailələrə sevinc bəxş edib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv Sərəncamı imzalanıb. Son 19 ildə isə Prezident İlham Əliyev 35-dən çox əfv Sərəncamı imzalayıb. Əlbəttə, mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, Amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir.
Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də Ulu öndər Heydər Əliyevin atdığı addımlar daim təqdir olunur. Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni mərhələnin əsası oldu. 1993-2003-cü illərdə azad və müstəqil mətbuatın inkişafı üçün köklü islahatlar aparıldı, qanunlar qəbul edildi.
Ölkəmizdə çoxpartiyalı sistem yaradıldı. Siyasi partiyaların fəaliyyəti üçün yaradılan demokratik şərait onların say tərkibində də aydın ifadəsini tapır. Hazırda 50-dən artıq siyasi partiyanın qeydiyatdan keçməsi və fəaliyyəti deyilənlərin təsdiqidir.
Hər bir ölkənin inkişafında, mövcud siyasi ab-havanın təqdimatında mühüm rol oynayan seçkilərin demokratik keçirilməsini təmin etmək üçün atılan addımlar da davamlılığı ilə diqqət çəkir. 2003-cü ilin mayında qəbul edilən Seçki Məcəlləsi seçkilərin, o cümlədən ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir.
Ümumilikdə demokratikləşmə prosesi dövlət siyasətinin əsasıdır. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması ölkəmizin hərtərəfli inkişafına geniş yol açır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan addımlarda öz təsdiqini tapır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37

