Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticələri xalqımıza daim uğurlar gətirəcək
04.10.2022 [11:36]
Zəngin siyasi və dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqımızın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış etmişdir.
Son 29 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını Ulu Öndərin reallaşdırdığı və Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.
Məhz, 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri Müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuş, xalq böyük səs çoxluğu ilə öz seçimini edərək Heydər Əliyevi Prezident seçmişdir. Xalqın yüksək sevgisini, inam və etimadını qazanan Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxillik inkişaf layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Heydər Əliyevin “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm” ifadəsi sözün əsil mənasına reallığa çevrildi, Azərbaycanlı olması ilə fəxr etdiyini qürurla deyən Ulu Öndər bütün həyatını Azərbaycanın xilasına, inkişafına və tərəqqisinə həsr etdi.
Ulu Öndərin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra Müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
Beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin carçısı olan Ulu Öndər Heydər Əliyevin misilsiz əməyi sayəsində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri, beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi tanınması və ölkənin dünya birliyinə inteqrasiyası olmuşdur
Bu gün Azərbaycanda Ulu Öndər Heydər Əliyevin siyasi irsi, xalqın xoşbəxt və firavan həyatına köklənmiş missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb və dinamik inkişafa nail olub. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması Ulu Öndər Heydər Əliyevin keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Bu gün qürürla deyə bilirik ki, Azərbaycan beynəlxalq tribunalardan öz haqq sözünü sərbəst deyən, ərazi bütövlüyünü təmin etmiş ölkə, xalqımız isə Qalib xalqdır.
Müstəqilliyimizin qorunub saxlanması,dövlətçiliyimizin inkişafı və xalqımızın firavan həyatı üçün Ümummilli Lider Heydər Əliyevə, ərazi bütövlüyümüzü təmin etdiyinə və xalqımıza Qalib xalq adını bəxş etdiyinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Azərbaycanlı olması ilə daim fəxr edən Ulu Öndər qürur yerimizdir və qədirbilən xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq, Heydər Əliyev dühasının siyasi uzaqgörənliyinni nəticələri xalqımıza daim uğurlar gətirəcəkdir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

