Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır
03.10.2022 [10:05]
Vətənpərvərlik dərin anlama malik bir kəlmədir. Vətənpərvərliyin dərin, tarixi kökləri vardır və ən müqəddəs, ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir insanın qiyməti onun Vətənə, millətə xidməti ilə, ləyaqəti isə, vətənpərvərlik hissi ilə ölçülür. Vətən dünyaya göz açdığımız doğma el-oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətənini öz şəxsiyyətində yaşatmalıdır. Vətənpərvərlik elə bir hissdir ki, o, özü üçün deyil, eli, obası, xalqı üçün yaşamağa, yalnız bu gün üçün deyil, həm də gələcək üçün sövq edir. Vətənpərvər insan təkcə soyuq səngərlərdə, döyüş bölgələrində xidmət edən insan deyil. Hər bir kəs öz əməyi ilə vətənpərvər ola bilər. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır. Doğma yurdumuz Azərbaycan bizim ana Vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır. Hər bir azərbaycanlı Vətənini sevməli, onun maraq və mənafeyini qorumalıdır. Danılmaz faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amillə bağlıdır. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Tariximiz həmişə sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman övladları ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidirlər. Gənclər bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur. Çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyini yaşayan Azərbaycana məhz, milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir.
44 gün davam edən Vətən müharibəsində təkcə azərbaycanlılar deyil, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri erməni faşizminə qarşı mübarizədə yaxından iştirak edərək düşmən üzərində qələbəyə töhfələrini veriblər. Bu həmrəyliyin təməlində Azərbaycanın ölkəmizdə yaşayan bütün xalqların Vətəni olması dayanıb. müharibənin ilk günündən dövlətimizin həyata keçirdiyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qarşı vuruşan bütün vətəndaşlarımız vahid amal üçün – işğal altındakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıblar. bu fakt ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanı öz ana vətənləri hesab etməsini və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bildiyini göstərir.
Dövlətimizin başçısı çıxışlarında qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, Vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır. Ümummilli Liderin irəli sürdüyü və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təmin edən başlıca amildir. Məhz bu faktor bizi Vətən müharibəsindən qalib çıxarıb, düşmən üzərində həlledici qələbəmizi təmin edib. Bu baxımdan əslində ordumuzun 8 noyabr Zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür. İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü birliyi və öz həmrəyliyi ilə deyəcək.
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

