Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib
10.09.2022 [12:00]
Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilarında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Tədbirin əvvəlində vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 600-dən yüksək bal toplayan gəncləri təbrik edib və bildirib ki, bu gün Azərbaycanın gələcəyi üçün, onun elminin, təhsilinin daim yüksək səviyyəyə qalxması üçün savadlı gənclərə ehtiyyac vardır: “Elm və təhsil hər zaman dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin prioritet məsələlərindəndir. Dövlət büdcəsindən təhsilə ayrılan vəsait hər il daha da artır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın təbii sərvətləri çox olsa da bu sərvətlər səmərəli şəkildə istifadə olunmalıdır. Ölkəmizdə insan kapitalının yetişdiriləsi vacibdir və insan kapitalının yetişdirilməsi xalqın, millətin, Azərbaycanın nüfuzunun artmasına təkan verən amillərdəndir. Ölkəmizə yüksək intellektli, bacarıqlı gənclər lazımdır. Bu gün ölkəmizdə 600-dən yüksək bal toplayan gəclərin ölması qürurvericidir”.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışı zamanı tələbə adını qazanmış gənclərə öz məsləhətlərini verib və qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri məhz Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərə borcluyuq: “Bu onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı siyasəti bu gün düzgün şəkildə davam etdirilir və bu istiqamətdə Azərbaycan gənclərinin üzərinə düşən müəyyən yük vardır. İnanıram ki, bizim gənclərimiz bunun üzərindən layiqincə gələcəklər”.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, “91”-lərin nümayəndəsi Hacan Hacıyev, Allahverdi Hacıyev və YAP Səbail rayon təşkilatının veteran üzvü Rizvan Vahabov öz nitqləridə ali məktəblərə yüksək balla qəbul olan gəncləri təbrik edib və onlara təhsil həyatlarında uğurlar arzu ediblər.
Yüksək bal toplayan 132-134 nömrəli məktəbin məzunu Xalidə Qafarova və 6 nömrəli tam orta məktəbin məzunu Səfəralı Həsənli çıxış edərək öz hisslərini tədbir iştirakçıları ilə bölüşüblər.
Yüksək balla ali təhsil müəsisələrinə qəbul olan gənclər YAP Səbail rayon təşkilatı tərəfindən hədiyyələrlə təltif olunublar. Tədbirdə YAP Səbail Rayon Təşkilatının gənc fəalı İlkin Əsgərzadə fəxri fərmanla təltif edilib.
Tədbirin sonunda gənclərlə xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10

