Naxçıvandan başlayan milli qurtuluşumuzun şanlı səhifəsi
02.09.2022 [15:52]
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizə yeni nəfəs gətirdi, xalqımızın itməkdə olan ümidlərini dirçəltdi. Müstəqillik yolu qədim Naxçıvandan başladı, milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.
Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov açıqlamasında deyib. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin möhtəşəm qayıdışı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik hadisə kimi tarixə əbədi həkk oldu. Xalqımızın böyük oğlu idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirdi, inkişaf strategiyasının gerçəkləşdirilməsini təşkil etdi.
Ulu Öndər milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, möhtəşəm dönüş haqqında deyirdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə yorulmaq bilmədən çalışan Ulu Öndər Heydər Əliyev, qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü. Blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyəti gücləndirildi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Naxçıvanın müdafiə potensialı gücləndirildi, Milli Ordu yaradıldı. 44 gün ərzində düşmənin başını əzən qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu. İlk milli hərbi parad da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirildi.
Ramil Orucov vurğulayıb ki, o dövrdə xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edildi.
Ulu Öndər həmin dövrdə xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atıb, 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər edib, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalayıb. Nəticədə hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub.
Azərbaycanın gələcəyinin təhlükə qarşısında qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə 1992-ci il noyabrın 21-də milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan Ulu Öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyası da Naxçıvanda yaradılıb.
Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi 1991-1993-cü illərdə Naxçıvanda Ulu Öndər tərəfindən taleyüklü addımlar atılır, dövlətimizin gələcək müstəqilliyini təmin etməyə yönəlmiş qərarlar qəbul olunurdu. Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə inam günü - gündən artırdı.
“Ölkəmizi müstəqil, xalqımızı firavan görmək istəyən görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün Azərbaycanı milli tərəqqi yolunda inamla addımlayan ölkəyə çevirib. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev ölkəmizin inkişafını elə bir səviyyəyə çatdırıb ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti bölgədə lider, dünyada söz sahibidir”- deyə Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

