Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir
31.08.2022 [11:36]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Dahi şəxsiyyət Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsası oldu. Ümummilli Liderin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönümündə mühüm addımlar atıldı. Eyni zamanda, blokada şəraitində olan Muxtar Respublikanın qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrinin inkişafı ilə əlaqədar mühüm addımlar atılması sosial-iqtisadi inkişafın təmin olunması baxımından mühüm önəm daşıyırdı. Görülən işlərin fonunda bu fikri böyük inamla qeyd edirik ki, Naxçıvanın xilası və dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin qətiyyəti sayəsində atılan addımlar, qəbul olunan qərarlar bu çağırışın təsdiqi oldu ki, dövlət maraqları hər şeydən üstün olmalıdır.
Ümummilli Liderin Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyərkən mühüm addımlardan biri də dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi oldu. Dahi şəxsiyyət hər zaman bu çağırışı edirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi inkişaf etdirməliyik. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilərək, ölkəmizin bu gününə və gələcəyinə töhfələr verməyə çağırışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin yaradılması, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Məhz onun təşəbbüsü əsasında 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qürurvericidir ki, bu il dünya azərbaycanlıları mədəniyyət paytaxtımız Şuşada bir araya gəlib Zəfər Qurultayını keçirdilər. Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan qalib ölkə kimi dünyada yeri və rolunu möhkəmləndirir.
Təbii ki, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz böyük səylərin nəticəsidir. Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dahi şəxsiyyət hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmək üçün mühüm addımlar atdı. Azərbaycan yenidən quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Bir sözlə, Azərbaycanın imzası imzalar arasında göründü. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan çətin günləri arxada qoyaraq inkişaf, tərəqqi yolunda inamla addımladı. Ümummilli Lider “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” söyləyərək müasir müstəqil Azərbaycanın gələcəyi üçün möhkəm təməl formalaşdırdı.
Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Məhz bu uğurlar tarixi Zəfərimizi şərtləndirdi. Artıq işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb. Tarixi Qələbəmiz Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58

