/ / Qarabağda yaşayan ermənilər qəbul etməlidir ki, onların gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir
Qarabağda yaşayan ermənilər qəbul etməlidir ki, onların gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir
19.08.2022 [15:16]
Son illər ərzində respublikamızın bütün bölgələrində quruculuq-abadlıq işləri geniş vüsət almışdır. Prezident İlham Əliyev bütün bu görülən işlərə nəzarəti bilavasitə özü həyata keçirərək, rayonların sosial-iqtisadi inkişafını diqqətdə saxlayır. Cənab Prezident bölgələrə müntəzəm səfərlər edərək, həm bölgələrdəki vəziyyətlə tanış olur, əhalinin qayğıları, onları narahat edən məsələlərin həlli ilə bağlı əlavə göstərişlərini verir. Dövlət başçımızın rayonlara hər bir səfəri əhəmiyyətli hadisə kimi yadda qalır. Hər səfər çərçivəsində mühüm sosial obyektlərin açılışları və təməlqoyma mərasimləri keçirilir ki, bu da yeni iş yerlərinin yaradılması deməkdir. Növbəti belə səfərlər çərçivəsində Prezident İlham Əliyev avqustun 12-də Ağsu, İsmayıllı rayonlarında görülmüş işlərlə tanış olmuş və ölkə rəhbərinə gələcəkdə görüləcək işlər haqqında məruzələr edilmişdir. Son illər ərzində Ağsu və İsmayıllı rayonlarında qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı böyük infrastruktur layihələri icra edilmiş və bu layihələrin əsas hissəsi başa çatmışdır. Ağsu və İsmayıllı rayonlarında 10-dan çox elektrik yarımstansiyası inşa olunmuş və elektrik təchizatı tam təmin edilmişdir. Hazırda yolların çəkilişi ilə bağlı həm kənd yollarında, həm də İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsu və İsmayıllı rayonlarında sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə 160 çarpayılıq xəstəxana, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Yeni iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Dövlət başçımız avqustun 12-də Ağsu, İsmayıllı rayonlarına səfəri çərçivəsində “Diri Baba” türbəsində gedən işlərlə də tanış oldu. Yaşı 500 ildən çox olan “Diri Baba” türbəsi öz nadirliyi ilə seçilir və əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb.
Həmçinin səfər çərçivəsində cənab İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində görülən işlərlə də tanış olmuşdur. Basqal özünəməxsus tarixə malik olan ölkəmizin qədim kəndlərindən biridir. Şübhəsiz ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq, istər Azərbaycan vətəndaşları, istərsə də ölkəmizdə olan qonaqların diqqətini cəlb edəcəkdir. Səfər çərçivəsində Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək və yüzlərlə iş yerinin açılmasına şərait yaradacaqdır. Əhalinin sayının artması iş yerlərinə tələbatı artırır və özəl sektor üçün yaradılmış şərait də yeni iş yerlərinin açılmasına kömək edir. Əlbəttə ki, həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcəkdir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verməkdədir.
İsmayıllı rayonunun Basqal qəsəbəsində cənab İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində mühüm məqamlara toxunmuş, Ermənistan və onun havadarlarına sərt xəbərdarlıqlar etmişdir. Dövlət başçımız Ermənistana xəbərdarlıq edərək bildirdi ki, onlar yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Biz üzərimizə götürdüyümüz bütün öhdəliklərə sadiqik, Ermənistan isə, yenə də fitnəkarlıqla məşğuldur. Ermənistan qəbul etməlidir ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Prezidentimizin toxunduğu vacib məqamlardan biri də “Qisas” əməliyyatı ilə bağlı idi. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı Ermənistana qarşı cəza tədbiri idi. Əgər düşmən yenə də buna oxşar təxribat törədərsə, cavab daha ağır olacaqdır. “Qisas” əməliyyatı bir daha sübut etdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktına görə, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir və biz buna nail olacağıq. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayət və Cenevrə konversiyalarının qaydalarına ziddir. Qarabağda yaşayan ermənilər də düzgün addım ataraq, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Nə qədər bunu tez dərk etsələr, o qədər də yaxşı olar. Qarabağda yaşayan ermənilər açıq-aydın görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil və onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağda yaşayan ermənilərin statusu, müstəqilliyi, hansısa xüsusi imtiyazı olmayacaqdır.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

