Son şans
16.08.2022 [15:29]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı tarixi olmaqla bərabər, eyni zamanda, bu parlaq qələbə xalqımızın tarixində əbədi olaraq qalacaqdır. Bu haqq savaşında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən illərdən bəri düşmən əsarəti altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. İkinci Qarabağ müharibəsi ilə Azərbaycan öz gücünü, iradəsini göstərərək bütün dünyaya sübut etdi ki, biz böyük və qəhrəman bir xalqıq.
Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Ermənistan yaxşı anlamalıdır ki, bu reallıqları bütün dünya qəbul edib və Ermənistanın da bu reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bunu nə qədər tez anlasa, qəbul etsə, bu onlar üçün daha yaxşı olar. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın ən güclü dövləti deyil, eyni zamanda dünya dövlətləri üçün vacib bir tərəfdaşa çevrilmiş bir ölkədir.
Təəsüflər olsun ki, bu yaxınlarda Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata cəhd etdi. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atdı. Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etdi. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Bu təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdıq.Bu onlar üçün sonuncu dərs olmalıdır. Onlara bir daha sübut etdik ki, bizim gücümüz də yerindədir və biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Bu dəfəki dərs onların yaddaşında qalacaq bir daha buna oxşar təxribat təkrarlanarsa, Rəşadətli Azərbaycan ordusunun cavabı daha da sərt olacaqdır.
10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktı ilə Ermənistan məğlubiyyətini qəbul edib və münaqişənin başa çatması ilə bağlı üzərinə öhdəliklər götürüb. Bu Bəyanatdan sonra iki ölkə arasındakı münasibətlərin inkişafı post-münaqişə dövrünün qanunauyğunluqlarına müvafiq olaraq məhz Bəyanatda əks olunmuş tələblərin yerinə yetirilməsinə əsaslanır. Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Ermənistanda bu öhdəliklərini tez bir zamanda yerinə yetirməli və Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir.
Bu gün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir statusdan söhbət gedə bilməz. Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Azərbaycan tərəfinin əzmi və qətiyyəti tezliklə İkinci Qarabağ müharibəsində cəmi 44 günə məğlub olan Ermənistanı heç bir nəticə vəd etməyən mənasız iddialardan çəkinməyə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

