Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır
20.07.2022 [16:04]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan xarici ölkələrlə yanaşı, eyni zamanda beynəlxalq və regional təşkilatlarla tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafına hər zaman diqqət yetirib. Avropa İttifaqı ilə də münasibətlər də bu prinsipə əsaslanaraq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bu günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ikitərəfli əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti mühüm addım olub.
Bu günə qədər Avropa İttifaqı ilə olan on beş ildən artıq fəal əməkdaşlıq tariximizdə 2006-cı ildə Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması yaxşı münasibətlərimizin və nailiyyətlərimiz olduğunu bir daha sübut edir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Bu gün Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycanın nəhəng resurs ehtiyatları vardır. Azərbaycan gələcəkdə yeni qaz yataqlarından istifadə edərək qazın hasilatını artıramaqla yanaşı, bərpaolunan enerjidən də istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəkdir.
Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Çox sevindirici hal ondan ibarətdir ki, 3500 uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə təbii qazımız Avropa qitəsinə çatdırılır. Azərbaycan ilə Avropa İttifaqı arasında olan enerji sahəsindəki uzunmüddətli və etibarlı əməkdaşlıq çox böyük nailiyyətdir.
Bu gün Azərbaycan-Avropa İttifaqı əlaqələri şaxələndirilmiş xarakter alaraq bir çox sahələri əhatə edir. Ölkəmizlə Avropa İttifaqı arasında əlaqələr enerji sahəsi ilə yanaşı investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və əsas ixrac bazarına çevrilib. Avropa İttifaqı sərmayə qoyuluşu baxımından da ölkəmiz üçün ən vacib mənbələrdən biridir. 2024-cü ilə qədər 60 milyon avro həcmində nəzərdə tutulan Avropa İttifaqı tərəfindən Azərbaycana sərmayənin qoyulması xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılmasına gətirib çıxardacaqdır. Yaxın dövrdə Avropa İttifaqı tərəfindən ölkəmizə müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttini ayrılması da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunun sübutudur.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, son dövrlər hər iki tərəf arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsi onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün bu gün çox vacib tərəfdaşdır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

