Dağıdılmış ərazilərimiz bərpa olunur
01.07.2022 [11:51]
Azərbaycan xalqı uzun illər davam edən mənasız danışıqlardan bezərək gücünü ortaya qoydu və ədaləti bərpa etdi. Bununla xalqımız dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.
Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız xalq qarşısında, Vətən qarşısında canlarından keçmişlər. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən bu gənclər bu tarixi qələbəni Azərbaycan xalqına öz canları və qanları hesabına bəxş etmişlər.
Həmin zamanlarda Azərbaycanda və vətəndən kənarda yaşayan soydaşlarımız, hamı bir nöqtəyə vururdu. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi və dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı.
Əsas odur ki azad edilmiş torpaqlarda bərpa işlərinə start verilib. Hazırda bir neçə rayonda sürətli tikinti,quruculuq işləri aparılır. Digər azad olunmuş rayonlarımızda minatəmizləmə işləri qurtardıqdan sonra orada da işlər aparılacaq.
Azərbaycan xalqı tamamilə dağılmış on min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Möhtərəm Prezidentimizin Kəlbəcər rayonuna səfəri zamanı Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməlini qoydu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər və sair bu kimi işlər həyata keçirilir.
Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz!
Ölkə rəhbərimiz çıxışlarının birində söyləmişdir ki, bütün bu nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqları da yüz faiz daxili imkanlar hesabına bərpa edirik. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra.
Qoy həmişə müdrik xalqımızın şanlı üçrəngli bayrağı bayraqlar arasında yüksəklərdə dalğalansın! Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Bizim dövlətimiz qalib dövlət kimi yaşayıb-yaratmağa davam edəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

