/ / Azərbaycanın sülh razılaşması üzərində çalışmağa başlamaq haqqında təklifləri regional təhlükəsizliyə xidmət edir
Azərbaycanın sülh razılaşması üzərində çalışmağa başlamaq haqqında təklifləri regional təhlükəsizliyə xidmət edir
20.06.2022 [10:26]
Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyi gündən artıq bir il yarımdan artıq vaxt keçib. Əldə olunmuş Zəfər Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı və bu gün artıq bütün dünya bu reallıqları qəbul edir. İlk növbədə yaranmış yeni reallıqlar regional sülhün, dayanıqlı sülün bərqərar olunması üçün çox qiymətli bir fürsət kimi dəyərləndirilir. Cənubi Qafqazda sülh və sabitlik isə, həm də Avropanın enerji təhlükəsizliyinin təminatı üçün vacib şərtlərdən biridir. Məhz buna görə, bu gün Azərbaycanı etibarlı tərəfdaş, enerji təhlükəsizliyi məsələlərində rolu getdikcə artan söz sahibi kimi qəbul edən Avropa İttifaqı ölkəmizin regional proseslərdə haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir.
İkinci bir tərəfdən də Azərbaycan hər zaman olduğu kimi, təkcə öz xalqının deyil, həmçinin qonşu ölkə xalqlarının da rifahını düşünür. Rifah yüksəlişi üçün isə, aydındır ki, iqtisadi inkişaf lazımdır. Öz növbəsində iqtisadi inkişaf da yalnız sülh və sabitlik hökm sürən regionlarda gedir. Məhz buna görə, Azərbaycan son bir il yarım ərzində Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün ciddi çalışmalar həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iyunun 16-da baş tutmuş açılış mərasimində söylədiyi nitqində möhtərəm dövlət başçımız bu məsələyə də toxunaraq Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində davamlı olaraq addımlar atdığını vurğuladı. Lakin atılan addımlar qarşılıqlı olmalıdır. Əks halda heç bir müsbət nəticə əldə oluna bilməz. Azərbaycan tərəfindən sülh razılaşması üzrə komissiya artlq yaradılıb və eyni addım Ermənistan tərəfindən də atılan kimi danışıqlara başlanacaqdır.
Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması xüsusunda tutduğu mövqeyin haqlı və ədalətli olduğunu təsdiq edən məqamlardan biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə ehtimallarla bağlıdır. Məlum olduğu kimi, bu qurumun əsas vəzifəsi, daha dəqiq desək, ona verilən mandata görə əsas vəzifəsi Qarabağ münaqişəsinin həllinə yardım etmək olub. Lakin 28 il ərzində Minsk qrupu heç bir əməli iş görə bilmədi. Faktiki olaraq, bu qurumun fəaliyyəti münaqişənin dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmasının təmin olunmasına yönəlmişdi. Lakin Azərbaycan özü münaqişəni birdəfəlik həll etdi. Artıq Minsk qrupuna heç bir ehtiyac qalmayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi artıq bir araya gələ bilməz və bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Buna görə də Minsk qrupu ilə bağlı Ermənistanda və ya digər ölkələrdə hər hansı xatırlatma tamamilə yersizdir və bu, Azərbaycanda yalnız qıcıq doğurur.
Birmənalı olaraq demək lazımdır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Məlum olduğu kimi, bu şərtlərdən biri Azərbaycanın əsas ərazilərini Naxçıvan Muxtar Respublikası ilə avtomobil və dəmir yolları ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bəyanatın imzalanmasından artıq bir il yarım vaxt keçsə də, Ermənistan hələ də bu nəqliyyat dəhlizinin açılmasını yubadır. Lakin bunun nəticəsi çox ağır ola bilər. Əgər Azərbaycan hətta qalib ölkə olaraq, imzalanmış Bəyanata əsasən üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirirsə, bundan məğlub Ermənistanın boyun qaçıra biləcəyini düşünmək belə gülüncdür. Ermənistan bu hərəkətləri ilə regional sülhə yeni təhdidlər yaradır. Lakin bu təhdidlər ilk növbədə Ermənistanın özü üçün böyük təhlükədir. Azərbaycan beynəlxalq Şərq-Qərb nəqliyyat layihəsinin vacib hissəsi olan Zəngəzur dəhlizinin açılması istiqamətində üzərinə düşən işlərin böyük bir hissəsini artıq görüb. İndi növbə Ermənistanındır. Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın qəti və birmənalı mövqeyini Bakı Forumunun açılışında etdiyi çıxışında bir daha ortaya qoyaraq bildirdi ki, Zəngəzur dəhlizinin açılması regional sülhün zəruri şərtidir və bu məsələ ən qısa zamanda öz həllini tapacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22

