/ / Azərbaycanın yürütdüyü siyasət həm ikitərəfli, həm də çox tərəfli əlaqələrin güclənməsinə mühüm töhfələr verir
Azərbaycanın yürütdüyü siyasət həm ikitərəfli, həm də çox tərəfli əlaqələrin güclənməsinə mühüm töhfələr verir
21.05.2022 [12:35]
Beynəlxalq müstəvidə, eləcə də regional müstəvidə əməkdaşlığa və təhlükəsizliyə töhfə verən həm iki tərəfli, həm də nüfuzlu təşkilatların işində yaxından iştirak etmək hər bir ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı rola təsir edən vacib faktorlardan sayılır. Azərbaycan Respublikası da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək hər zaman xarici siyasətdə həm ikitərəfli, həm də qlobal proseslərə əsaslı təsir imkanları olan aparıcı və nüfuzlu təşkilatlar və ölkələrlə əməkdaşlığa daim mühüm önəm verib.
Xüsusilə, iki tərəfli əməkdaşlıqlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev cənablarının uğurla həyata keçirdiyi xarici siyasət kursunun mühüm cəhətini təşkil edir. Çünki Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutmasında və ayrı-ayrı dövlətlərlə əlaqələrinin qurulmasında və inkişafında ikitərəfli münasibətlər olduqca vacib rol oynayır. Bu mənada ölkəmizin yürütdüyü xarici siyasət kursu beynəlxalq təşkilatlarda Azərbaycanın qaldırdığı bütün məsələlərdə iki tərəfli münasibətlər zəminində pozitiv məcraya yönəlib. Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin möhkəmlənməsi Avropa məkanında Azərbaycana olan rəğbəti günü gündən gücləndirir. Qeyd etmək istərdim ki, 2014-cü ildə Prezident İlham Əliyev cənablarının Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bu barədə deyib: "Daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.".
Azərbaycana dost olan və strateji tərəfdaşlıq etdiyi dövlətlərdən biri də Litva Respublikasıdır. Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 20 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə yəni, 20 noyabr 1995-ci ildə qurulmuşdur.Səfirliklərin açılması prosesi 12 il fərqlə yəni, Azərbaycan Respublikasının Litva Respublikasında Səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır. Eyni zamanda, Litva Respublikasının
Azərbaycan Respublikasında Səfirliyi 3 aprel 2007-ci ildə açılmışdır. Lakin, səfirliklərin açılması ilə ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf etmişdir. 18 may 2022-ci il tarixində Litva Respublikasının Prezidenti GitanasNausedanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində təşkil edilən Azərbaycan-Litva biznes forumuçərçivəsində qəbul edilən 6 sənədlə iki dövlət arasında imzalanmış sənədlərin sayı 45 çatdı. Bundan əlavə, Azərbaycanda 19 Litva şirkəti ticarət, xidmət və tikinti sahəsində fəaliyyət göstərir. Möhtərəm cənab Prezidentimizin forum çərçivəsində səsləndirdiyi fikirlər: “Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticaritərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir.” İki tərəfli münasibətlərimizin mahiyyəti bir daha ortaya qoyur.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

