YAP Sumqayıt şəhər təşkilatı “Şuşadan dünyaya tolerantlıq ismarıcı” mövzusunda konfrans keçirib
20.05.2022 [17:49]
Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında “Şuşadan dünyaya tolerantlıq ismarıcı” mövzusunda konfrans keçirilib. Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Qarabağ müharibəsi veteran Zahid Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Rauf Sərdarov, Həyat sözü-2 Xristian Dini İcmasının rəhbəri Elçin Paşayev, Sumqayıtda Yəhudi icmasının ravini Menaxem Mendel, Malakan xristian ruhani dini icmasının rəhbəri Matriona Panamaryova, Bəhayi dini icmasının nümayəndələri, partiya üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş nitqi ilə açan Ramiz Hüseynov bildirib ki, Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qürur ünvanıdır. Qarabağın incisi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya tolerantlıq, dostluq, qardaşlıq və sülh ismarıcları verildi.
Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi, Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmanı zəruri edir: “Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsilə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində vacib bir dönəm başlandı. Hələ ötən il mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirilməsini gündəmə gətirdi”.
Çıxış edən digər natiqlər də bildiriblər ki, Şuşa nəinki Azərbaycan üçün, həm də region üçün ciddi əhəmiyyətə malik bir məkandır. Qarabağda həyata keçirilən bərpa prosesi dünya üçün yeni bir nümunə olur və burada öyrəniləsi çoxlu dərslər var.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

