Azərbaycanda iqtisadi inkişaf artdıqca əhalinin rifahı daha da yüksələcək
02.11.2010 [09:29]
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, Təbriz küçəsi-55 ünvanında seçicilərlə görüşüb. Seçiciləri ilə görüşməkdən məmnun olduğunu bildirən Əli Əhmədov ötən beş il ərzində onların müraciətlərinin diqqətlə araşdırıldığını və qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü bildirib.
YAP Sədrinin müavini noyabrın 7-də parlamentə seçkilərin keçiriləcəyini xatırladaraq seçiciləri istədikləri namizədə səs verməyə çağırıb: “Mən 5 il əvvəl sizin dəstəyinizlə Milli Məclisin üzvü seçilmişəm. 5 il ərzində 19 saylı Nərimanov seçki dairəsinin sakinlərini, o cümlədən, sizləri təmsil etmişəm. Sizi Azərbaycan parlamentində təmsil etməyimdən qürur duyuram. ötən 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. İmkanım daxilində 19-cu dairə ərazisində yaşayan sakinlərin qaldırdıqları problemlərin həll olunmasına çalışmışam. Bu problemlərin əksəriyyətini həll edə bilmişik. Bu mənə göstərdiyiniz etimad qarşısında üzərimə götürdüyüm vəzifədir. Mən bunu kifayət qədər məsuliyyət hissi ilə dərk etmişəm. Milli Məclis qanunvericiliklə məşğul olsa da, millət vəkilləri kimi seçicilərə də diqqətlə yanaşmalıyıq. Qarşıdan gələn seçkilərdə də mən YAP-ın namizədi olaraq iştirak edirəm. Əgər mənə etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam”.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Əli Əhmədov ötən 5 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından ətraflı məlumat verib. Onun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib və bu yol hər birimizin gözü qarşısında baş verib. “Bu müddət ərzində ölkəmiz əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın dəyişməsi hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının, həyat tərzinin və keyfiyyətinin dəyişməsini, yaxşılaşmasını nəzərdə tutur. 5 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın yüksəlməsi sayəsində həyat dəyişib, insanların əməkhaqları, pensiyalar artıb, şəhərlərimiz və kəndlərimiz gözəlləşib. ötən 5 il ərzində Azərbaycan iqtisadiyyatı iki dəfədən çox, dövlət büdcəsi beş dəfədən çox artıb. O yerdə ki, 5 il əvvəl problem hiss edirdiniz, onların əksəriyyəti aradan qaldırılıb. İnsanların 5 il əvvəlki yaşayışı ilə müqayisədə indiki yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Biz görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrin həllini də nəzərdə tuturuq. Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Hökumət qarşıda duran məsələləri də tədricən həll etməkdədir. Bütün işləri dərhal həll etmək mümkün deyil. Yaxın tariximizə nəzər salsaq deyə bilərik ki, 10 il əvvəl sosial məsələlər ciddi idi, indi bu problemlərin çoxu həll olunub. Demək istəyirəm ki, hökumət ötən 5 il ərzində hər bir vətəndaşın həyatının yaxşılaşdırılmasından ötrü çox iş görüb. YAP-ın, indiki hakimiyyətin əsas vəzifəsi xalqa xidmət etməkdən, insanların ehtiyaclarını ödəməkdən, ölkəmizi daha da inkişaf etdirmək üçün çalışmaqdan ibarətdir” - deyə, o, vurğulayıb. Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi insanlara xidmət etməkdir. Deputatlığa namizəd qeyd edib ki, iqtisadi inkişaf artdıqca əhalinin rifahı da yüksələcək və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində gələcəkdə iqtisadiyyatımız daha da gücləndiriləcək.
Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən YAP Sədrinin müavini bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü söyləyib. Əli Əhmədov bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün aradan qaldırılması dövlətimizin əsas vəzifəsidir və bu istiqamətdə danışıqlar prosesi gedir. Azərbaycan bu münaqişənin ədalətli həllinin tərəfdarıdır. Torpaqlarımızın işğal altında olmasının ciddi sosial-humanitar problemlər də yaratdığını deyən Əli Əhmədov qeyd edib ki, münaqişə nəticəsində öz törpaqlarından didərgin düşmüş yüz minlərlə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət külli miqdarda vəsait xərcləyir: “5 il ərzində bütün çadır şəhərcikləri ləğv olunub, çadırlarda, vaqonlarda yaşayan insanlar üçün müasir səviyyəli qəsəbələr tikilib. Bütün bunları deməkdə məqsədim odur ki, dövlətin insanlarımız üçün gördüyü gərgin işləri xatırlayaq. Bütün vətəndaşlar dövlət üçün vacibdir. ölkəmiz nə qədər güclənərsə, hər bir vətəndaş daha yaxşı, daha rahat, firəvan, əminamanlıqla yaşayacaq”.
Başqa ölkələrdə baş verən problemləri, qanlı hadisələri xatırlayan deputatlığa namizəd Azərbaycanda sabitliyin təmin olunduğunu vuruğlayıb. Təbii ki, Azərbaycan vətəndaşları bu sabitliyin, rahatlığın, əmin-amanlığın tərəfdarıdırlar.
YAP Sədrinin müavini bildirib ki, bəzi deputatlığa namizədlər seçicilərə mümkün olmayan vədlər verirlər: “Bəziləri iddia edirlər ki, əməkhaqlarını, təqaüdləri 3-4 dəfə artırmaq mümkündür. Bu, real deyil. çünki neft gəlirlərinin hamısı indi insanlara əməkhaqları, təqaüdlər halında paylansa, onda ölkəmizin gələcəyi üçün problemlər ola bilər. Bilirsiniz ki, neftin qiyməti dəyişkəndir. Xatırlayırsınızsa, 2008-ci ildə neftin qiyməti 150 dollara qədər artdı, amma bundan bir neçə ay sonra kəskin azalaraq 38 dollar səviyyəsinə endi. Belə olan halda, məvacibləri bir neçə dəfə necə artırmaq mümkündür? Qiymət yüksələndə əməkhaqlarını artırıb, qiymət enəndə deməliydik ki, əməkhaqları endiririk? Yəni demək istəyirəm ki, belə fikirləri söyləyənlərin heç bir əsası yoxdur. Bu fikirləri deyənlər 1990-cı illərin əvvəlində hakimiyyətdə olublar. Onların hakimiyyəti zamanında inflyasiya 1600 faiz idi, universitet müəlliminin maaşına ayda 30 çörək almaq mümkün idi. Amma indi həmin adamlar ağızdolusu danışıb vədlər verirlər. Biz dövlətimizin, övladlarımızın gələcəyini düşünürük. Dövlət böyük bir ailədir. Ağıllı dövlət ağıllı ailə başçısı kimidir, o özünün sabahını düşünməlidir. Bu dövlət ölkənin gələcəyini düşünür və buna borcludur. Azərbaycan hökuməti realist siyasət həyata keçirir. Heç bir seçkidə YAP vətəndaşların səsini qazanmaq naminə həyata keçirilməsi mümkün olmayan vədlər vermir. Biz fəaliyyətimizdə reallığı üstün tuturuq. Bu siyasət uğurludur, insanlara fayda verir və onlara xidmət edir. Bundan sonra da belə olacaq”.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov seçiciləri partiyanın namizədi Əli Əhmədova səs verməyə çağırıb. O bildirib ki, YAP bütün fəaliyyətini dövlətimizin inkişafına həsr edib. K.Kərimov deputatlığa namizəd Əli Əhmədovun fəaliyyəti haqqında ətraflı məlumat verərək seçkilərdə insanları düzgün seçim etməyə çağırıb: “ötən 5 ildə Əli Əhmədov sizi parlamentdə layiqincə təmsil edib. Yenə də layiqli namizədə səs verin”.
Görüş zamanı seçicilər çıxış edərək 7 noyabrda YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30

