Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır
10.05.2022 [12:33]
Müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır.
Heydər Əliyevin titanik əməyi, möhkəm siyasi iradəsi , qətiyyəti və dövlətçilik təcrübəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş və ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycanın hərtərəfli inkişafı gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, parlaq zəkaya, ali mənəvi keyfiyyətə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial – iqtisadi strategiyasının nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Yeni Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, cəmiyyətin və dövlətin bütün sferalarında dövlət sturukturlarının təkmilləşdirilməsi və yenidən qurulması, təcrübəli kadrların seçilib yerləşdirilməsi, ordu quruculuğu, təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə milli iqtisadiyatın formalaşmasında və xarici siyasətdə Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu siyasi xətt –fəaliyyət pirinsipi 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanda iqtisadi inkişafın əsasları yaradılmış və xalqın rifah halının yüksəldilməsi üçün bir sıra sahələrin yaradılmasının əsası qoyulmuşdur. 1969-1983-cü illərdə paytaxt Bakı və regionlar sürətli şəkildə dəyişmiş, yeni saneyə və kənd təsərrüfatı müəssələri, sosial obyektlər tikilib istifadəyə verilmişdir.
Heydər Əliyevin 1993-cü ildə 2-ci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə müasir Azərbaycanın yenidən qurulması ilə bağlı mühüm qərarlar qəbul edilərək qısa zamanda böyük uğurlar əldə edilmişdir. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində möhkəmlənmiş, ölkəmiz Cənubi Qafqazın lokomotivinə, regionda yerləşən transmilli lahiyələrin müəllifi və fəal iştirakçısına çevrilmişdir.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idaərəçilik qabiliyyəti və gərgin əməyi nəticəsində əldə olunmuş naliyyətlər sonrakı illərdə də ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev idealarının ən layiqli davamçısı Cənab Prezident İlham Əliyevin bu gün də uğurla davam etdirilən bu siyasəti nəticəsində son 29 ildə iqtisadi və demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazanılan uğurlar məhz Heydər Əliyev tərəfindən formalaşan möhkəm təmələ əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasəti nəticəsində qazanılmış uğurlar müasir Azərbaycanı dünya dövlətləri arasında ön sıralara aparmışdır. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan ilk dəfə BMT təhlükəsizlik şurasının
qeyri– daimi üzvü seçilmiş , “Qoşulmama hərakatına” lider seçilmiş, bir sıra böyük dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələrə imza atmışdır.
Birinci vitse – prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir çox sosial layihələr həyata keçirilmiş, xalqın rifah halının yaxşılaması istiqamətində müxtəlif tədbirlər görülmüşdür. Eyni zamanda Heydər Əliyev Fondunun iştirakı və davamlı fəaliyyəti nəinki Azərbaycanda, həmçinin xarici ölkələrdə Heydər Əliyev irsini yaşadaraq görülən işlərlə bir çox uğurlu layihələr həyata keçirilmiş, Heydər Əliyev ideyalarının Azərbaycana və dünyaya bəxş etdiyi töhfələri özünün yorulmaz fəaliyyəti ilə daim cəmiyyətin diqqətinə çatdırmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə və xaricdə yaşayan azərbaycanlıların birgə fəaliyyəti ilə ümumilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin və ölkəmizin tarixi-mədəni irsinin dünyada tanınmasıyla bağlı bir çox uğurlu layihələrə imza atılmışdır.
Heydər Əliyev ideyasının ən uğurlu və ən parlaq nümunəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsidir. Ordumuzun parlaq qələbəsi şanlı tariximizdə “ Zəfər Qələbəsi ” kimi yadda qalmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, qətiyyətli siyasəti nəticəsində uzun illərdən bəri qələbə müjdəsini gözləyən xalq qalib xalq kimi gələcəyə ümidlə baxaraq Azərbaycan tarixində son 200 ildə ilk dəfə Azərbaycan sərkərdəsinin – Ali Baş Komandanının rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsini “8 noyabr Zəfər Günü” kimi qeyd edir. Bu isə Heydər Əliyev siyasətinin Azərbaycanda alternativi olmadığının ən bariz nümunəsidir. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha da qüdrətli dövlətə çevrilməsinə , xalqımızın firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
Təhmasib Rüstəmov
YAP Qubadlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

