Ermənistan törətdiyi bütün cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdır
05.05.2022 [16:33]
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycan ərazilərinə təcavüz etdiyinə görə beynəlxalq cinayət məsuliyyətinə cəlb olunmaldır. Burada həm də beynəlxalq hüququn güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi pozulmuşdur. Ermənistanın başladığı təcavüzkar müharibənin gedişində beynəlxalq humanitar hüququn təməl qaydası, mülki şəxslərin hərbi əməliyyatlar nəticəsində yaranan təhlükələrə qarşı ümumi müdafiədən istifadə etmə hüququ ciddi şəkildə pozulmuşdur. Məlumdur ki, mülki toxunulmazlıq beynəlxalq adət hüququndan doğan bir məsələdir, yəni münaqişənin beynəlxalq və ya qeyri-beynəlxalq xarakterli olmasından asılı olmayaraq, münaqişə tərəfləri üçün məcburidir. Hər zaman mülki şəxslərə qarşı yönəldilən hücumlar qadağandır; həqiqətən, mülki vəziyyətlərindən xəbərdar olduqda mülki şəxslərə qəsdən hücum etmək müharibə cinayətidir. Bu səbəbdən də mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməzlər, bu imperiativ tələbdir. Eyni zamanda əsas məqsədi dinc əhali arasında terroru təbliğ etmək və ya törətmək kimi hərəkətlər və ya zorakılıq təhdidləri yolverilməzdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu ölkəmizin ərazisinin 20 faizi işğal edildi Ermənistanın rəhbərliyinin törətdiyi əməllərdə birbaşa müharibə cinyətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayətlərinin tərkibini yaradan əməllər müəyyən olunmuşdur. Bununla bərabər, işğal olunmuş ərazilərdə ümumiyyətlə, hərbi əməliyyatlarla hər hansı əlaqəsi olmayan dinc mülki insanlar hücuma məruz qalmış, öldürülmüş və işgəncələrə məruz qaldılar. Bir sözlə, Ermənistan Silahlı Qüvvələri qoca və qadınlara, körpələrə aman vermədən qəddarcasına onları qətlə yetirmişdilər. Bu əməllər, birbaşa beynəlxalq humanitar hüquq normalarının, Cenevrə Konvensiyalarının tələblərinin pozulmasıdır və birbaşa müharibə cinayətlərinin tərkibini yaradan, beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaradan əməldir.
Ermənistanın siyasi və hərbi rəhbərliyinin törətdikləri bu cinayətlər, məhz sistematik və genişmiqyaslı hücum formasında törədilmişdir və bunu törədən təqsirkarların çəkinmədən açıq etirafı, onların mühakimə olunması üçün ciddi əsas yaradır. Təbii ki, Azərbaycan dövlətinin bununla bağlı kifayət qədər əsaslandırılmış sübutları mövcuddur. Ermənistanın siyasi və hərbi rəhbərlərinin törətdikləri cinayətlərə görə cəzalandırılması aktuallaşmış və həmin şəxslərin mühakiməsi üçün ciddi addım atılmasına şərait yaranmışdır. Onların mühakiməsi təkcə cinayətkarların cəzalandırılması kimi qəbul olunmamalıdır, ümumilikdə regionda sülh və təhlükəsizliyə yaradılmış bir təhlükənin qarşısının alınması kimi dəyərləndirilməlidir.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

