Zəfər qurultayı milli birliyimizin növbəti təntənəsidir
21.04.2022 [17:59]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
22-23 aprel tarixlərində Azərbaycanın qədim və müqəddəs şəhəri olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Bu hadisə milli tariximizə Zəfər Qurultayı kimi yazılır. Qurultay son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Zəfər qurultayında bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarların qəbul ediləcəyi gözlənilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək ki, bu da öz özlüyündə mühüm faktdır.
Dünya Azərbaycanlılarının V Qurultayının qədim şəhərimiz, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərində keçirilməsi xalqımız üçün qürurvericidir. Bu hadisə həmçinin, dünya ictimaiyyətinə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçiriləcək bu qurultay ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Zəfər artıq Azərbaycanın mənəvi-siyasi simvoludur. Qarabağ Zəfərindən Şuşa qurultayına gedən yol isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsi, müstəqillik və dövlətçilik tariximizin zirvə hadisəsidir. 2020-ci ilin dekabr ayında Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradından sonra Şuşada keçirilən Zəfər qurultayı qələbəmizin rəmzlərindən biri olmaqla yanaşı, milli həmrəyliyi, xalqımızın mübarizə ruhunu əks etdirir.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında və Zəfərimizin diplomatik müstəvidə möhkəmləndirilməsində milli həmrəyliyimizin müstəsna rolu oldu. Dünya azərbaycanlılarının, eləcə də diaspor təşkilatlarının sistemli fəaliyyəti bu prosesdə böyük töhfələr verdi. Bütün bu nailiyyətlərin ciddi əsasları vardır. Belə ki, dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin olunmasında vacib faktorlardan biri də dövlətimiz tərəfindən həyata keçirilən uğurlu diaspor siyasətidir. Ümummilli Liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyası əsasında öz işini quran Azərbaycan diasporu öz fəaliyyətində Prezidentimiz cənab İlham Əliyevin tövsiyələrini daim rəhbər tutur. Milli dövlətçilik ideologiyası əsasında davam etdirilən diaspor siyasətinin nəticəsi olaraq ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi və soydaşlarımızın birliyinin daha da möhkəmlənməsi işinə, tarixi Qələbənin strateji prosesə çevrilməsinə vacib töhfədir. Bu prosesdə, yəni dövlət siyasətinin həyata keçirilməsində Diasporla İş üzrə Dövlət Komitəsi səmərəli fəaliyyət göstərir.
Şanlı Zəfərdən sonra Azərbaycan dövləti regionda yeni reallıqlar yaradıb. Təbii ki, yeni reallıqlar fonunda diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür. Fəaliyyətin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi, xüsusilə də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi zəruridir. Eyni zamanda, xarici media qurumları ilə fəal əməkdaşlıq edilməsi də vacib şərtlərdən biridir. Çünki dünya ölkələrində təbliğat işinin düzgün qurulması erməni diasporunun və lobbisinin ölkəmizə qarşı kampaniyasının iflasa uğradılmasında böyük əhəmiyyətə malikdir. Diaspor təşkilatları öz fəaliyyətlərini Azərbaycanın hücum diplomatiyası və ya dərin strateji diplomatiya siyasətinə uyğun qurmalıdırlar.
Beləliklə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının keçirilməsi tarixi hadisədir. Bu gün Ermənistanın siyasi dairələri Şuşada keçiriləcək Zəfər qurultayı ilə bağlı ciddi narahatlıq keçirirlər. Amma reallıq dəyişmir, yəni qalib Azərbaycan yeni tarix yaradır və yazır. Şuşada Qarabağ zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirilir. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevriləcək. Zəfər qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil olacaq.
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32

