Qızıldaş qəsəbəsinin seçiciləri Ağalar Vəliyevə səs verəcək
16.10.2010 [11:34]
Dünən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyev Qızıldaş qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Görüşdən öncə Ağalar Vəliyev qəsəbədəki Şəhidlər kompleksini ziyarət edib.
Sonra seçicilərlə görüş olub.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov namizəd Ağalar Vəliyevin həyatı və fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır.
Vurğulanıb ki, əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax Dəmir beton məmulatları zavodunda fəhləlikdən başlayıb. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor vəzifələrində çalışıb. 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin tabeçiliyindəki “Körpütikinti” kombinatının direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi vəzifələrində işləyib. İşgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınmaqla, 1996-cı ilin 19 iyununda ümummilli lider Heydər Əliyev tərəfindən yüksək etimad göstərilməklə Ağalar Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə irəli çəkilib. 1998-ci ildən isə Ağalar Vəliyev həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışır.
Aydın Hüseynov söyləyib ki, Ağalar Vəliyevin yüksək təşkilatçılığı, peşəkarlığı və daim yeniliyə can atması nəzərə alınmaqla son illər məhz, bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinə Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidənqurulması işlərinin yerinə yetirilməsi həvalə edilib. Belə obyektlərə misal olaraq, Heydər Əliyev Sarayında aparılmış bərpa və yenidənqurma işlərini, Milli Məclisdə aparılmış bərpa və yenidənqurma işlərini, Milli Məclisin yeni korpusunun tikintisini, Hesablama Palatası üçün yeni inzibati binanın tikintisini, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti və yenidənqurma işlərini, Milli Elmlər Akademiyasının əsas binasında aparılan bərpa və yenidənqrma işlərini, Bakı şəhərində Apellyasiya Məhkəməsi üçün inzibati binanın tikintisini və sair tikinti obyektlərini misal göstərmək olar.
ölkənin tikinti sektorunda uzun illər səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Respublikanın “Əməkdar Mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən Aydın Hüseynov deyib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib: “Bir sözlə, Ağalar müəllim əsil xalq adamıdır”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev platforması barədə danışıb. O, qəsəbə sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan Qızıldaş qəsəbəsinin sakinləri Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
19 Sentyabr 19:17
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55

