/ / YAP Binəqədi rayon təşkilatı “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirib
YAP Binəqədi rayon təşkilatı “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirib
24.12.2021 [13:11]
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən “İlham Əliyev - davamlı inkişaf modelinin müəllifi” mövzusunda Davos formatında tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov, Milli Məclisin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhid ailələri, qazilər, YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının fəalları və Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovgiriş nitqi ilə açaraq, “Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazanılan uğurları” mövzusunda geniş məruzə ilə çıxış edib. Natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə uğurla davam etdirdiyi siyasi strategiya nəticəsində Azərbaycan regionun ən qüdrətli, inkişaf etmiş dövlətinə çevrilib: “Respublikamızda bütün sahələrdə - siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycan vətəndaşının bugünkü və gələcək rifahı kimi ali dəyərlərə söykənir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət başçısı ən çətin günlərdə vətəndaşların yanında olub”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Azərbaycan son 18 ildə beynəlxalq əlaqələr müstəvisində” mövzusunda çıxış edərək qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası, regional və beynəlxalq əlaqələri genişləndirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttinə əsaslanır: “Həyata keçirilən qlobalmiqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib”.
Millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev “Prezident İlham Əliyevin təhsil və gənclər siyasəti” mövzusunda çıxış edib. Onun sözlərinə görə, bu gün beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir: “Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov “Azərbaycanda son 18 ildə səhiyyənin inkişafı istiqamətində həyata keçirilən islahatlar” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, son 18 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasəti sayəsində tibb elmi və səhiyyə sistemi xeyli inkişaf edib, əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Millət vəkili COVID-19 pandemiyası ilə mübarizədə atılan qətiyyətli addımlardan bəhs edərək, vətəndaşlarımızın sağlamlığının qorunmasının dövlətimizin ən prioritet məqsədlərindən biri olduğunu söyləyib.
Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edərək siyasi nüfuzu, iqtisadi qüdrəti, hərbi gücü ilə nəinki regionda, bütün dünyada söz sahibinə çevrilib: “Ulu Öndər Heydər Əliyevin başlatdığı və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində güclənmiş Müzəffər Azərbaycan Ordusu tarix yazıb, işğal altında olan müqəddəs torpaqlarımızı düşməndən azad edib. Bu gün Azərbaycan xalqının varlığı, mənliyi, qüruru olan üçrəngli bayrağımız əzəli yurd yerlərimizdə dalğalanmaqdadır”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

