“Zəfər yolunun davamı: Qarabağda yeni iqtisadiyyat quruculuğu” mövzusunda konfrans keçirilib
23.12.2021 [20:34]
Dekabrın 23-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılğı ilə Bakı Ali Neft Məktəbində “Zəfər yolunun davamı: Qarabağda yeni iqtisadiyyat quruculuğu” mövzusunda konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları BANM-də yaradılan şəraitlə tanış olublar.
Konfransda giriş sözü ilə çıxış edən YAP-ın İdarə Heyətinin üzvü, BANM-nin rektoru Elmar Qasımov bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamız böyük nailiyyətlərə imza atmaqda davam edir. Zəfərimizdən sonra Qarabağda sürətli bərpa və quruculuq işləri aparılır. İşğaldan azad edilən ərazilərdə iqtisadiyyatın inkişaf etdirilməsi döyüş meydanındakı uğurumuzun davamıdır.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxışında qeyd edib ki, ölkəmiz ötən müddət ərzində sürətlə inkişaf edib, siyasi və iqtisadi stabillik və dayanıqlıq təmin olunub: “Biz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayaraq bu günə gəlib çatmışıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə Zəfəri ilə özünün güclü və qüdrətli dövlət olduğunu nümayiş etdirdi. Bizim həm döyüş, həm də informasiya məkanında mübarizəmiz uğurlu oldu”.
A.Rəhimzadə postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasını və müvəffəqiyyətlə başa çatdırılmasını dövlətimizin prioritet məsələlərindən olduğunu söyləyib. Onun sözlərinə görə, bölgədə iqtisadiyyatın dirçəldilməsi ümumilikdə ölkənin inkişafına və insanlarımızın rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Konfransda məruzə ilə çıxış edən İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ayaz Müseyibov diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən iqtisadiyyat BMT-nin həyata keçirdiyi Davamlı İnkişaf Məqsədləri proqramının 17 istiqaməti üzrə müəyyənləşdirilən dayanıqlı inkişaf üzrə aparılır. Qeyd olunub ki, ölkənin iqtisadi inkişafını sürətləndirmək üçün Qarabağa investesiyalar cəlb olunmalıdır və bu proses gedir. “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri işğaldan azad edilmiş ərazilərimizdən ilk dəfə Zəngilanda reallaşdırılır.
Müasir dövrdə rəqəmsal texnologiyaların əhəmiyyətindən danışan A.Müseyibov Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin yüksək ahənglə aparıldığını qeyd edib. Bildirilib ki, infrastruktur yenidən qurulur, yollar çəkilir, nəqliyyat-kommunikasiya xətləri yaradılır.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov Azərbaycanın nailiyyətlərinin əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin dayandığını bildirib və qeyd edib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Prezidentimizin dünyada baş verən proseslərə çevik reaksiya verdiyini və qlobal təşəbbüslərlə çıxış etdiyini vurğulayan Ə. Həsənov bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zəfərlərə imza atacaq.
YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə deyib ki, işğal dövründə Ermənistan Qarabağın flora və faunasını məhv edib, bu yöndə terror törədib. Onun sözlərinə görə, ermənilərin törətdiyi ekoloji terrorun fəsadları çox böyükdür. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi siyasət azad olunmuş ərazilərimizə yeni həyat bəxş edir. Komitə sədri Qarabağda zəngin təbii ehtiyatların olduğunu və bunun ölkəmizin iqtisadiyyatına böyük fayda verəcəyini vurğulayıb.
YAP Veteranlar şurasının üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov da çıxışında böyük qayıdışla bağlı fikirlərini bildirib. Qazanılan uğurların, ən başlıcası Zəfərimizin əsasında həm də dayanıqlı və davamlı inkişaf olduğunu deyən V.Novruzov qeyd edib ki, aparılan dövlət siyasəti nəticəsində Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcək: “Güclü iqtisadiyyatdan şanlı Qələbəyə gəldik, indi isə gələcəyə inamla addımlamaq və insanların rifah halının yaxşılaşdırılması üçün iqtisadiyyatımızı gücləndirmək, yeni imkanlar axtarmaq lazımdır. Qarabağ zonası bunun üçün ən yaxşı məkandır”.
Daha sonra konfransda BANM tələbələrinin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

