Tahir Budaqov: Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir
15.09.2021 [19:09]
İqtidar partiyaları arasında münasibətlər heç vaxt bu cür güclü və yüksək səviyyədə olmayıb
“Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Ümumiyyətlə, 15 sentyabr tarixi Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. 103 il bundan öncə Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birlikdə Bakı şəhərini bolşevik-daşnak işğalından azad ediblər. Bundan iki gün sonra isə Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakı şəhərinə köçürülməsi tariximizdə böyük hadisədir. Bu hadisə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dərin tarixi köklərə əsaslanır. “Türk şəhidliyi” abidəsini ziyarət etmək, şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək bizim mənəvi borcumuzudur. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə münasibətilə bütün xalqımızı təbrik edirəm”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin “Türk şəhidliyi” abidəsini ziyarəti zamanı jurnalistələrə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, Bakının işğaldan azad olunmasında 1130 türk əsgəri şəhid olub: “Ümumilikdə, Azərbaycan ərazisində o zaman daşnak-bolşevik qüvvələri ilə döyüşlərdə 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və biz hər zaman türk şəhidlərinin xatirəsini uca tuturuq. Bütövlükdə, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1919-cu ildə bu ərazidə “Türk şəhidliyi” abidəsinin bünövrəsi qoyulsa da, 1920-ci ilin aprel ayında bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra abidə ucaldıldı. Bu abidə Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bir rəmzidir. “Türk şəhidliyi” abidəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilən məkana çevrilib”, -deyən Tahir Budaqovun sözlərinə görə, 102 ildən sonra - İkinci Qarabağ müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanın öz torpaqlarını erməni işğalından azad olunmasına güclü mənəvi və siyasi dəstək verdi. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq ifadə edir”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri bu gün strateji müttəfiqlik zirvəsinə yüksəlib: “Bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə arasında dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli, milli maraqlara cavab verən münasibətlər bu gün ən yüksək zirvədədir və heç vaxt indiki qədər möhkəm – güclü olmayıb. Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bütün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısının siyasi iradəsi tərəflər arasında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir. Faəl siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mühüm strateji amildir. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşıdır, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında, eləcə də idxal əməliyyatlarında mühüm yer tutur. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu iqtisadi münasibətlərin səmərəliliyini artırır. Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərində hərbi-texniki əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Xüsusilə də, müdafiə sənayesi sahəsində intensiv əlaqələrin və işbirliyinin yaradılması strateji önəm daşıyır. Bütövlükdə isə, iki ölkənin hərbi-strateji əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Cari ilin iyun ayının 16-da Şuşa Bəyannaməsinin imzalanması isə tarixi hadisə kimi müttəfiqlik münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər göz önündədir. Bu gün Azərbaycanın güclü və müzəffər ordusu var. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun daha da gücləndirilməsi işi davam etdirilir. Türkiyə bu məsələdə öz dəstəyini göstərir. Son zamanlar keçirilən birgə hərbi təlimlər də bunu nümayiş etdirir. Həmçinin Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında da yaxından iştirak edir. Bütövlükdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icra edilməsi ilə faktiki olaraq Azərbaycanla Türkiyə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Yeni reallıqlar regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığa və inkişafa xidmət edir”.
Tahir Budaqov yeni mərhələdə Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin regional inkişafa və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdırıb: “Postkonflikt mərhələsində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. Bu isə tərəqqi və rifah vəd edir”,-deyən Tahir Budaqov əlavə edib ki, Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir”.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri iki ölkənin hakim partiyaları arasında münasibətlərin inkişafının da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, YAP-AK Parti əlaqələrinin intensiv xarakter daşıması Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfədir: “Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlər arasında deyil, iki ölkənin hakim partiyası - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında əlaqələr də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, eyni zamanda tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Səfər zamanı nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Bu səfər çox səmərəli olub və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional baza formalaşdırıb, siyasi əlaqələrin perspektiv inkişafı üçün dönüş nöqtəsi olub. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. AK Partinin nümayəndə heyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub. Bundan sonra bizim birgə fəaliyyətimizin dəqiq konturları müəyyən edilib. Eyni zamanda, bu fəaliyyyət yalnız siyasi partiyaları əhatə etməyəcək, eləcə də ölkələrimizin vətəndaş cəmiyyəti institutları, müxtəlif ictimai-siyasi təsisatları arasında, beynəlxalq platformalarda əməkdaşlığı da özündə ehtiva edəcək. Gələcəkdə bu istiqamətlərdə işlərimiz davam edəcək”.
Xəbər lenti
Hamısına baxHadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58

