YAP Xocavənd rayon təşkilatının X hesabat konfransı keçirilib
30.08.2021 [14:06]
Avqustun 28-də Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə zamanın tələbi, xalqın istəyi ilə yaranıb. Ölkənin ağır günlərində ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və müasir, müstəqil Azərbaycan dövlətinin əsasını qoydu.
A.Süleymanov vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı partiyanın gələcək inkişaf yoluna işıq salır. Milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası tarixə qələbələr partiyası kimi yazılıb.
A.Süleymanov bildirilib ki, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının 10 ərazi ilk partiya təşkilatının sıralarında 1163 nəfər üzv var. Onlardan 691 nəfəri qadın, 547 nəfəri isə gənclərdir. IX konfransdan ötən dövr ərzində partiya rayon təşkilatının sıralarına 473 nəfər üzv qəbul edilib.
Sonra Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri İltifat İbrahimovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı YAP Xocavənd rayon təşkilatı İdarə Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatı Elman Məmmədov, rayon təşkilatı Qadınlar Şurasının sədri Əfsanə Quliyeva, rayon təşkilatının Şura üzvü Rəmziyyə Aslanova, rayon təşkilatı Gənclər Birliyinin üzvü Asim Rüstəm rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən şərəflə çıxan Azərbaycan dövləti böyük Zəfər günlərini qeyd edir. Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradıb. Vətən müharibəsindən qalib çıxan Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Bu uğurlarda YAP üzvlərinin də böyük payı var. YAP aparıcı siyasi qüvvə kimi yarandığı ilk gündən bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli tövhəsini verib. Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasətinin Prezident İlham Əliyev tərəfindən son 18 ildə uğurla davam etdirilməsi nəticəsində istər ölkəmizin, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başlayıb.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Xocavənd rayon təşkilatının üzvlərini təbrik edən Ə.Tağıyev təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Xocavənd rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

