Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI hesabat konfransı keçirilib
17.08.2021 [14:17]
Avqustun 16-da Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov hesabat məruzəsi ilə çıxış edib. F.Əhmədov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın tarixi Zəfərindən, Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edib. O, diqqəti yeni reallıqlara uyğun olaraq 5 mart 2021-ci il tarixdə keçirilən partiyanın VII Qurultayında qəbul olunan qərarlara, dövlət başçısı, YAP Sədri cənab İlham Əliyevin proqram xarakterli nitqində qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, partiyanın hər bir üzvü bu vəzifələrin icrasında üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Onlar Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin fəal təbliğatçılarıdırlar.
F.Əhmədov qeyd edib ki, hesabat dövründə partiya sıralarına 1600 nəfər yeni üzv qəbul olunub. YAP Astara rayon təşkilatı 150 ərazi ilk partiya təşkilatında 8200 nəfərdən artıq üzvü birləşdirir. Hazırda gənclər və qadınlar üzvlərin 50 faizini təşkil edir.
Sonra YAP Astara rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səfərəli Məmmədovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi veteranları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Turan Həsənzadə, YAP Astara rayon təşkilatının Şura üzvləri - rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov və Heydər Əliyev Mərkəzinin direktoru Kübra Əliyeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən çıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Dövlət başçısı cənab İlham Əliyevin “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm” fikirləri partiyamızın dünəninin, bugününün və gələcəyinin aydın mənzərəsini, perspektivlərini təqdim edir.
Qarşıya qoyulan vəzifələrin icrasında bütün qüvvə və bacarıqların səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev YAP Astara rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Astara rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58

