Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının IX hesabat konfransı keçirilib
12.08.2021 [09:15]
Avqustun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki şəhər təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov hesabat məruzəsi ilə çıxış edib. H.Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza malik olan partiyadır. Son 18 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə həm ölkəmizin, həm də partiyamızın həyatında yeni mərhələnin əsası qoyulub.
H.Həsənov vurğulayıb ki, YAP Şəki şəhər təşkilatı hazırda 110 ilk ərazi partiya təşkilatında 11245 üzvü birləşdirir. Partiya üzvlərinin 5867 nəfəri qadınlar, 4160 nəfəri isə gənclərdir. Təşkilatın VIII konfransından bu günədək sıralarına 564 nəfər üzv qəbul edilib ki, onlardan 318 nəfəri qadınlar, 278 nəfəri isə gənclərdir.
Təşkilat sədri əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni reallıqların həyata keçirilməsi istiqamətində fəaliyyətimizi müasir tələblərə uyğun qurmaqla, partiya Nizamnaməsindən irəli gələn vəzifələri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcəyik.
Sonra YAP Şəki şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sadiq Yusifovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Şəki şəhər təşkilatı İdarə Heyətinin üzvü, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, şəhər təşkilatının sədr müavini, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhər təşkilatının İdarə Heyətinin üzvü, partiya veteranı Firqət Məmmədov, təşkilatın Şura üzvü Qabil Qədimov, partiyanın gənc fəal üzvü və könüllü Hülya Qədirbəyova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 29 il şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı illərdə daha möhtəşəm nailiyyətlər gözləyir. YAP öz Proqramını daim yeniləyir, populist vədlərdən uzaq olduğunu davamlı uğurları ilə təsdiqləyir. Yeni Azərbaycan Partiyasının güc mənbəyi yaradıcısı olduğu Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və son 18 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları, gələcəyə daha böyük inamla addımlamağa əsas verən inkişaf strategiyamızdır.
Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Şəki şəhər təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Şəki şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25

